Paşinyan Moskvaya zəmanətlər almaq üçün gedib

2021/02/paska-1613581695.jpg
Oxunub: 566     15:00     07 Aprel 2021    
“Nikol Paşinyan bu gün Rusiya prezidenti Putinlə görüşmək üçün Moskvaya gedib. Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Gevorqyanın sözlərinə görə, Nikol Paşinyan Putinlə görüş məqsədilə aprelin 2-dən özünü təcrid edib və uzaqdan işləyir”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi-ictimai xadim Hayk Davtyan öz məqaləsində bildirib.

Davtyan yazıb ki, Paşinyan və Putinin özünütəcrid rejimində görüşə hazırlaşması anlaşılmaz vəziyyətdir, çünki Paşinyanda virus təsdiq olunmayıbsa və PCR testi veribsə, özünütəcrid olmadan Rusiya ərazisinə daxil ola bilər.

“Onda hazırda təsdiqlənmiş virus varsa belə, 5 günlük özünütəcrid hər hansı məsələni həll etmir? O, ən azı 14 gün özünü təcrid etməlidir”, - deyə o qeyd edib.

Erməni siyasi-ictimai xadimin sözlərinə görə, digər tərəfdən bu özünütəcrid şənbə günü axşam baş tutan Pasxa ayinində iştirak etməmək üçün gözəl bir fürsət idi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Ermənistan  

Paşinyan Moskvaya zəmanətlər almaq üçün gedib

2021/02/paska-1613581695.jpg
Oxunub: 567     15:00     07 Aprel 2021    