Ermənistanın xarici borcu bir ayda 733 milyon dollar artıb

2020/08/15846-1598078990.jpg
Oxunub: 441     15:55     08 Aprel 2021    
“Təxminən iki ay əvvəl bu hakimiyyət tərəfindən 750 milyon dollar dəyərində avrobondların buraxılmasına toxunaraq qeyd etmişdik ki, bu, Ermənistanı xarici borc bataqlığında daha boğacaq”.

Ordu.az xəbər verir ki, bu barədə “Yerevan.Today” nəşrində dərc olunan məqalədə qeyd olunub.

Müəllif qeyd edib ki, bu reallıq artıq Ermənistan Statistika Komitəsinin son nəşrində qeydə alınmış gerçəklikdir.

“Rəsmi statistikaya əsasən, bir ay ərzində, fevralda Ermənistanın xarici borcu 733,7 milyon dollar artaraq 6 milyard 68 milyon dollardan 6 milyard 802 milyon dollara çatıb. Daxili və xarici daxil olmaqla ümumi dövlət borcu təxminən 698 milyon dollar artıb və 8 milyard 24 milyon dollardan 8 milyard 723 milyon dollara çatıb. Təbii olaraq hökumətin borcu artıb, Mərkəzi Bankın borcu demək olar dəyişməzdir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanın xarici borcu bir ayda 733 milyon dollar artıb

2020/08/15846-1598078990.jpg
Oxunub: 442     15:55     08 Aprel 2021    