Müharibə zamanı hansı plan işə salınıb?

2021/04/90f6e-1617628392.jpg
Oxunub: 1494     16:15     07 Aprel 2021    
ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland 26 mart tarixində Qarabağ probleminin həll prosesinə cəlb edildiyi bir neçə ay ərzində baş verənləri əks etdirən bir məqalə dərc edib. O, dərc etdiyi məqaləsində maraqlı epizodlar təqdim edib və Minsk Qrupunun 44 günlük müharibədən sonrakı dövrdə oynaya biləcəyi rol barədə danışıb. 2017-ci ilin yanvar ayından sentyabr ayınadək həmin vəzifədə Ceyms Uorliki əvəzləyən ABŞ-ın Minsk Qrupunun həmsədri vəzifəsini icra edən Hoqlandın fikrincə, Minsk Qrupunun həmsədri, diplomatik karyerasının böyüməsi baxımından da maraqlı olmayan dünya diplomatiyasının “kar” guşəsi idi. Hoqland Minsk Qrupu həmsədrlərinin işinin, diplomatların beşulduzlu otellərdə qalmağı, bahalı restoranlarda yemək yeyilməsi mənasında olduqca rahat olduğunu, ancaq əhəmiyyətli bir iş nəticəsi olmadığını söyləyib. Hoqland həmin yaranmış vəziyyətin “kodunu” da açıqlayır və qeyd edir ki, yalnız Ermənistan və Azərbaycan yox, Rusiya da Qarabağ məsələsinin münaqişə tərəflərindən biri idi.

Bu mənada Hoqland bir epizoddan sitat gətirir. O qeyd edir ki, Lavrov planı dərc edildiyi zaman rusiyalı həmsədrdən Ermənistanla Azərbaycanın razılığa gələcəyi halda, Rusiya bu planı həyata keçirəcəkmi deyə, soruşduğunu bildirib. Rusiyalı həmsədr Popov “Əlbətdə, xeyr”, deyə ona cavabında qeyd edib. Amerikalı diplomatın məqaləsindəki əsas məqam, əslində müəyyən bir “xatirə” məqaləsi, bəlkə də Qarabağ məsələsinin həll prosesi haqqında nəinki Lavrov planı və ya onun müəlliflərinin niyyəti, əslində çox şey aşkar edən epizoddur. Rusiya niyə Lavrovun planını həyata keçirməməli idi? Çünki bu planın həyata keçirilməsindən sonra həm Azərbaycan, həm də Ermənistan Rusiyadan əhəmiyyətli dərəcədə müstəqil olacaq, Rusiyanın Qafqazdakı təsiri zəifləyəcəkdi. Hoqland bu nəticəyə gəlir, ancaq şüuraltı başqa bir şey axtarmaq məcburiyyətindəyik.

Müharibədə hansı plan işə salınıb?

“1in.am” nəşri yazır ki, bu müharibə ilə Lavrov planının həyata keçirildiyinə dair bir çox qiymətləndirmə var.

“Bu səbəbdən belə bir sual ortaya çıxır, demək Ermənistan və Azərbaycan müəyyən dərəcədə suverenlik qazandılar, yoxsa başqa sözlə, müəyyən dərəcədə müstəqillik qazandılar? Hazırda bu barədə danışmaq çox çətindir. Ən azından, Ermənistanın müharibə səbəbi ilə Rusiyaya daha çox asılı vəziyyətə düşdüyü açıq şəkildə ortaya çıxdığı bir vaxtda bundan danışmaq yersizdir. Məsələ burasındadır ki, müharibə Lavrov planını deyil, tamamilə fərqli bir planı həyata keçirdi, Hoqlandın məqaləsində qeyd olunan şüuraltı nəticədən irəli gələn vəziyyət yaranıb.

Xüsusilə Qarabağ məsələsi Rusiya üçün bir geosiyasi təsir vasitəsidir, bu səbəbdən Rusiyaya qarşı bir geosiyasi mübarizə olarsa, həmin vasitə və ya onun sahəsi bu mübarizənin hədəfinə çevriləcək.

44 günlük müharibədə Türkiyə açıq şəkildə hərbi bazası olan NATO hərbi-siyasi potensialından yaşıl işıq dəstəyi alıb. Bu yaşıl işıq Rusiyanın geosiyasi alət dəstinə və təsirinə qarşı yandırılıb. Erməni dövlətçiliyinin 30 il ərzindəki ən böyük “təməl uğursuzluqları” bax budur. Beynəlxalq siyasi mübarizə mərhələsində, Rusiyanın bir geosiyasi alət dəstinin elementi, bir hissəsi olaraq və ya hətta iştirakçısı kimi qəbul olunmaqdan yayına bilməmişik. Əlbətdə, Zori Balayan məktublarından və ya Qarabağda Krım üçün təşkil olunan konsertlərdən necə yayına biləcəyimizi təsəvvür etmək çətindir.

Üstəlik, bu mənada ilk ciddi həyəcan təbili, 4 günlük aprel müharibəsi əsnasında səslənmişdi və hətta bundan sonra da, Ermənistanda kifayət qədər nəticə çıxarılmayıb. 44 günlük amansız müharibədən sonra çıxarılan nəticələrin həcmi və miqyası Rusiya siyasətinin “kar” guşəsi kimi qəbul olunmamaq üçün kifayət edəcəkmi?”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Müharibə  

Müharibə zamanı hansı plan işə salınıb?

2021/04/90f6e-1617628392.jpg
Oxunub: 1495     16:15     07 Aprel 2021    