Beş aydan sonra növbəti müharibə Donbasda yaşanacaq?

2021/04/67876-1617792323.jpg
Oxunub: 1583     14:03     07 Aprel 2021    
Ukraynanın şərqindəki vəziyyət getdikcə daha da pisləşir. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz “Telegram” səhifəsində Ukrayna rəhbərliyinin ritorikasının gərginliyi artırdığını və ən ağır nəticələrlə dolu olduğunu yazıb.

Ukrayna ordusu ilə Rusiyapərəst qüvvələr arasında toqquşmalar yenidən başlayıb. Rusiya tərəfi Kremlin inkar etmədiyi kimi Ukrayna sərhədləri yaxınlığında hərbi qoşun cəmləşdirib. Kremlin mətbuat katibi Rusiyanın qoşunlarının yerdəyişməsini öz ərazisində həyata keçirdiyini, öz mülahizəsinə görə hərəkət etdirdiyini və heç kimi narahat etməməli olduğunu söyləyib.

Ukrayna prezidenti Vladimir Zelenski video müraciətində Donbasdakı vəziyyətin 2 aprel tarixində ABŞ prezidenti ilə telefon danışığında ətraflı müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, Co Bayden, Rusiyanın təcavüzü qarşısında ABŞ-ın heç vaxt Ukraynanı tək qoymayacağına əmin edib.

“İndiki mərhələdə Ukraynanın beynəlxalq tərəfdaşları, xüsusən də Avropa və ABŞ tərəfindən tam və daimi dəstəyi var. Bunun sübutu bu gün ABŞ prezidenti Co Baydenlə telefon danışığım idi. Donbasdakı vəziyyəti ətraflı müzakirə etdik. Prezident Bayden məni əmin etdi ki, Ukrayna Rusiyanın təcavüzünə qarşı heç vaxt tək qalmayacaq”, - deyə Zelenski qeyd edib

Bayden rəhbərlik etdiyi administrasiyasının Ukrayna ilə strateji əməkdaşlığa sadiqliyini vurğulayıb və Zelenskinin korrupsiya ilə mübarizə, məhkəmə və konstitusiya islahatlarını dəstəklədiyini bildirib.

Bu həftənin əvvəlində Pentaqon Avropada dislokasiya olunan öz qoşunlarını ən yüksək hazırlıq səviyyəsinə gətirdiyini açıqlamışdı.

Aİ xarici siyasət idarəsinin rəhbəri Cosep Borrell, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığından sonra, Aİ-yə üzv 27 dövlətin xarici işlər nazirlərinin qarşıdakı görüşündə “Rusiyanın Ukrayna ətrafındakı hərbi fəallığı” mövzusunu müzakirə edəcəklərini bildirib.

“Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışdım. Rusiyanın Ukrayna ətrafındakı hərbi fəallığını ciddi narahatlıqla izləyirəm. Növbəti görüşdə, vəziyyəti Dmitri Kuleba və AB Xarici İşlər Nazirləri ilə müzakirə etməyə davam edəcəyik”, - deyə “Twitter”dəki səhifəsinə Aİ nümayəndəsi yazıb.

Son günlərdə Qərb ölkələri Ukrayna ilə sərhəddə Rusiya qüvvələrinin artırılması barədə Ukrayna hərbçilərinin açıqlaması ilə bağlı dəfələrlə narahat olduqlarını bildirib.

Bu yaxınlarda rəsmi Moskva Qərbin Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın öz təhlükəsizliyini təmin etmək üçün əlavə addımlar atacağı barədə xəbərdarlıq edib.

“Şübhəsiz ki, belə bir ssenari Rusiya sərhədlərində daha da gərginliyə səbəb olacaq və bu da əlavə tədbirlər görülməsini tələb edəcək”, - deyə Kremlin mətbuat katibi açıqlamasında bildirib. Ancaq Dmitri Peskov Rusiyanın məhz hansı addımları atmağa hazır olduğunu açıqlamayıb.

Rusiya Xarici İşlər Nnaziri Sergey Lavrov Donbasda hərbi əməliyyatların yenidən başlamasının Ukrayna üçün ciddi nəticələrə səbəb ola biləcəyini iddia edir: “Moskva ümid edir ki, xarici qüvvələr Ukraynanı Donbasda qızğın bir qarşıdurmaya başlamaq üçün təhrik etməyəcək, çünki bu ölkənin dağılmasına səbəb ola bilər”.

Lavrovun sözlərinə görə, Ukrayna hərbçilərinin əksəriyyəti qızğın bir qarşıdurmaya səbəb olmağın fəlakətli mahiyyətini başa düşür: “Ümid edirəm ki, siyasətçilər onları hərbi əməliyyatların bərpasına təhrik etməyəcək, öz növbəsində onlar da ABŞ başda olmaqla Qərb tərəfindən təxribata məruz qalmayacaq”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Donbas   Müharibə   Ukrayna  

Beş aydan sonra növbəti müharibə Donbasda yaşanacaq?

2021/04/67876-1617792323.jpg
Oxunub: 1584     14:03     07 Aprel 2021    