Rusiya-Ukrayna münaqişəsi Ermənistanı cəbhəyə çevirə bilər - BAXIŞ BUCAĞI

2021/04/576-1617792100.jpg
Oxunub: 3097     14:21     07 Aprel 2021    
Donbasda yeni gərginliyin artması ehtimal olunan haldır, Krımda da vəziyyətin gərginləşəcəyi təqdirdə Ermənistan üçün tamamilə əlverişsiz şərtlərlə yekunlaşan hal yaşana bilər. Ukraynanın şərqindəki 2015-ci il müharibəsi ermənilər üçün sadəcə bir zarafat, tamaşa kimi göürnə bilərdi, amma indi vəziyyət tamam başqa cürdür. Burada yeni aktor var, bu Türkiyədir.

Əvvəlcə, tərəflərin 2021-ci il aprel ayının əvvəllərindəki məlumat “mövqeyini” nəzərdən keçirək. Aİ xarici siyasət idarəsinin rəhbəri Cozep Borrell “Rusiyanın Ukrayna ətrafında qoşun yerdəyişməsini ciddi narahatlıqla izlədiyini” bildirib. Ukrayna Xarici İşlər Naziri Dmitro Kuleba ilə telefon danışığından sonra “Aİ-nin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini” vəd edib. (Euronews).

Rusiya hökumətinin də öz növbəsində hərbi hücumun planlaşdırılmasını inkar etdiyi, lakin qoşunların yerdəyişməsini inkar etmədiyi bildirilir. Xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi günü bildirib ki, Rusiya “ABŞ və digər Qərb ölkələrindən gələn narahatlıq siqnallarına məhəl qoymayacaq” və “zəruri hesab etdiyini edir”.

“TikTok” platformasında Rusiya qoşunlarının canlı qüvvəsi və zirehli texnikalarının Rusiya sərhədindən Ukrayna sərhədinə, Krıma doğru hərəkət etdiyini göstərən bir çox video yüklənib.

Qeyd etmək lazımdır ki, Çin platforması olan “TikTok” Rusiya hakimiyyətinin nəzarəti altındadır və bu, Aleksey Navalnının lehinə olan kampaniyanın yatırılması zamanı bəlli oldu. Buna görə də ordu haqqında şayiələr yaymaq Kremlin marağındadır. Çox güman ki, Moskva illər öncə ərazilərinin Çinə güzəştə getməsi səbəbindən indi ölkənin qərbinə böyük bir qoşun kontingenti göndərməyə qadir olduğunu söyləmək istəyir. Eyni şey Qarabağ məsələsində də baş verdi. Moskva, hələ 2020-ci ilin mart ayından başlayaraq Krasnodar-Stavropolda müvafiq kontingent cəmləşdirirdi.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Rusiya   Ermənistan  

Rusiya-Ukrayna münaqişəsi Ermənistanı cəbhəyə çevirə bilər - BAXIŞ BUCAĞI

2021/04/576-1617792100.jpg
Oxunub: 3098     14:21     07 Aprel 2021    