Türkiyə-Azərbaycan hərbi təlimləri və Ermənistandakı kreslo davası

2021/04/bdda1-1617697424.jpg
Oxunub: 3043     16:00     07 Aprel 2021    
Türkiyə və Azərbaycanın rabitə qoşunları 6-8 aprel tarixlərində Azərbaycanda ortaq hərbi təlimlər keçirir.

Azərbaycan Müdafiə Nazirliyi təlimdə hərbi rabitəçilərin təlim-döyüş tapşırıqlarının yerinə yetirəcəyi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklərini bildirib.

“Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur. Hərbi təlimlər aprelin 8-dək davam edəcək”, - deyə, Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Başqa sözlə, rabitəçilər qarşısında vahid bir rabitə sistemi yaratmaq, qoşunların qarşılıqlı əməkdaşlığını təmin etmək, səhra idarəetmə mərkəzləri yaratmaq və digər bu kimi hərbi tapşırıqları yerinə yetirmək vəzifələri durur.

Yayılan növbəti məlumata görə isə Azərbaycan və Türkiyə Müdafiə Nazirliklərinin birgə illik planına əsasən aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə əməliyyat-taktiki təlimləri başlayacaq.

Ölkəmizdə təşkil olunacaq təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçiriləcək.

Təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimlər aprelin 9-na kimi davam edəcək.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, Türkiyə-Azərbaycan hərbi təlimlərinin sonu yoxdur, Qarabağdakı müharibə artıq bir neçə aydır bitib, ancaq Türkiyə-Azərbaycan tandemi yeni genişmiqyaslı müharibəyə hazırlaşırmış kimi görünür, davamlı hərbi təlimlər keçirilir.

“Bəs, ölkəmizdə nə baş verir ... Adi daxili siyasi, seçkiqabağı proseslər gedir. Siyasi qüvvələr elementar qanuna uyğun olaraq hələ rəsmi şəkildə elan edilməyən, sadəcə Paşinyanın seçkilərə gediləcək və vəssalam, dediyi şifahi açıqlamaya əsasən bütün diqqətlərini bu prosesə yönəldiblər.

Hər kəs, unutqanlıqla seçkiqabağı prosesə girişib, Ermənistan düşmənlərinin etdiklərinə belə əhəmiyyət vermirlər”, - deyə məqalənin müəllifi qeyd edib.

Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev, “Bayraktar” zərbə PUA-ları istehsal edən türk şirkəti olan “Baykar Savunma”nın texniki direktoru Selçuk Bayraktarı “Qarabağ” ordeni ilə təltif edib. Türk mediası Selçuk Bayraktarın mükafatlandırılmasına toxunaraq şirkətin istehsal etdiyi PUA-ların müharibədə həlledici rol oynadığını yazıb. Bayraktarın müharibədə qələbənin əldə olunmasındakı xidmətlərinə görə Azərbaycanda populyar sevilən bir şəxs olduğu qeyd edilir.

Xatırladaq ki, bu günlərdə “Aselsan” və “Havelsan”, Türk Hərbi-Sənaye Komitəsi və Türk Hava Qüvvələri də daxil olmaqla Türkiyə hərbi sənayesinin müxtəlif nümayəndələri Azərbaycana səfər edib. Nümayəndələr Müdafiə naziri Zakir Həsənovla görüşmüşdülər. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ordusunun müasir elektron texnologiyalarla təchiz edilməsi, rabitə sistemlərinin imkanlarının genişləndirilməsi, həmçinin tərəflər arasında mövcud əməkdaşlıq, inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Bu yaxınlarda məlum oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin istehkamçıları Türkiyədə təlim kursu keçirlər. Türk mütəxəssislər tərəfindən İzmirdə keçiriləcək təlimlərin müddəti 8 həftə olacaq. Təlimdə bu sahədə müasir, yüksək texnologiya ilə təchiz olunmuş son robot sistemlərindən və detektorlardan istifadə olunduğu qeyd olunur. Təlimlərdə mina axtaran itlər də iştirak edir. Təlimdə Azərbaycan ordusunun istehkamçılarından əlavə Liviya, Somali və Əfqanıstan ordularının istehkamçıları da iştirak edirlər. Bütün bunlarla yanaşı, Azərbaycan Ordusunun xüsusi təyinatlılarının Türkiyənin İsparta şəhərində yerləşən Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığında təlimləri davam edir.

Başqa sözlə, Azərbaycan Türkiyə ilə birlikdə Silahlı Qüvvələrini müxtəlif sahələrdə ciddi şəkildə gücləndirməyə davam edir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Təlim   Azərbaycan  

Türkiyə-Azərbaycan hərbi təlimləri və Ermənistandakı kreslo davası

2021/04/bdda1-1617697424.jpg
Oxunub: 3046     16:00     07 Aprel 2021    