Hovhannisyan Ermənistan MN-də hansı vəzifəni tuturdu və niyə vəzifədən azad edilib?

2021/01/sfasf-1611908885.jpg
Oxunub: 526     13:54     07 Aprel 2021    
Artsrun Hovhannisyan öz müraciətinə əsasən Ermənistan Müdafiə Nazirliyində xidmətdən tərxis olunub. Hovhannisyan Müdafiə Nazirliyndə Kadr və Hərbi Təhsil Siyasəti Baş İdarəsinin Təhsil İdarəsinin rəisi vəzifəsini tuturdu.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.

“Ordu həyatımdan dörddə bir əsr həsr etdiyim evim və ailəmdir. Bu, mənim şəxsi qərarımdır, bunun üçün müxtəlif səbəblərim var”, - deyə o qeyd edib.

Hovhannisyan deyib ki, sevdiyi işi - təhsil, elm və təhlükəsizliyə yaxın özəl ictimai fəaliyyət ilə məşğul olacaq: “Müəllimlik işini davam etdirəcəm”.

Qeyd edək ki, Hovhannisyan bu vəzifəyə 2020-ci ilin iyul ayından təyin olunub.

Həmin ilin mart-iyul aylarında o, Ermənistan Müdafiə Nazirliyinin V.Sarkisyan adına Hərbi Universitetinin marşal Hovhannes Bağramyan adına komandanlıq fakültəsinin rəisi olub. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər baş vermiş Ermənistan-Azərbaycan müharibəsi zamanı Erməni Vahid İnformasiya Mərkəzinin mətbuat konfranslarına rəhbərlik edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-MN   Hovhannisyan  

Hovhannisyan Ermənistan MN-də hansı vəzifəni tuturdu və niyə vəzifədən azad edilib?

2021/01/sfasf-1611908885.jpg
Oxunub: 527     13:54     07 Aprel 2021    