Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildiriblər.
“Ordu həyatımdan dörddə bir əsr həsr etdiyim evim və ailəmdir. Bu, mənim şəxsi qərarımdır, bunun üçün müxtəlif səbəblərim var”, - deyə o qeyd edib.
Hovhannisyan deyib ki, sevdiyi işi - təhsil, elm və təhlükəsizliyə yaxın özəl ictimai fəaliyyət ilə məşğul olacaq: “Müəllimlik işini davam etdirəcəm”.
Qeyd edək ki, Hovhannisyan bu vəzifəyə 2020-ci ilin iyul ayından təyin olunub.
Həmin ilin mart-iyul aylarında o, Ermənistan Müdafiə Nazirliyinin V.Sarkisyan adına Hərbi Universitetinin marşal Hovhannes Bağramyan adına komandanlıq fakültəsinin rəisi olub. 2020-ci il sentyabrın 27-dən noyabrın 9-na qədər baş vermiş Ermənistan-Azərbaycan müharibəsi zamanı Erməni Vahid İnformasiya Mərkəzinin mətbuat konfranslarına rəhbərlik edib.
Alpər Mövludoğlu
Ordu.az