Ermənistan Ədliyyə nazirinin yeni təyin olunan müavini orduda xidmət etməyib

2021/04/Suren-1617778735.jpg
Oxunub: 643     16:17     08 Aprel 2021    
Aprelin 6-da Nikol Paşinyanın qərarı ilə “Mənim addımım” fraksiyasından olan keçmiş erməni deputat Suren Qriqoryan Ermənistan Ədliyyə nazirinin müavini təyin edilib.

Aşağıda Qriqoryanın Ermənistan parlamentinin rəsmi sayt səhifəsindən götürülmüş tərcümeyi-halını təqdim edirik.

1992-ci il iyunun 24-də İrəvanda anadan olub. 2013-cü ildə Erməni-Rus (Slavyan) Universitetinin hüquq fakültəsini, 2015-ci ildə həmin fakültənin magistraturasını, 2018-ci ildə aspiranturasını bitirib. Hüquq elmləri namizədidir.

Avropa İttifaqı və Avropa Şurasının “Arbitraj Müzakirəsi Dəyirmi Masası” (2015-ci il, Dilican) və “Ermənistanda Arbitraj Günləri” (2016-cı il, İrəvan) proqramlarında iştirak edib.

2014-cü ilin iyul-oktyabr aylarında “AM” hüquq şirkətinin hüquq məsləhətçisi köməkçisi, 2014-2016-cı illərdə həmin şirkətin hüquq məsləhətçisi, 2016-2017-ci illərdə baş məsləhətçi olub. 2017-2018-ci illərdə “Concern Dialog” hüquq şirkətinin vəkili, 2018-2019-cu illərdə həmin şirkətin baş vəkili olub.

2015-ci ildən Ermənistan Vəkillər Palatasının üzvüdür. 2018-ci il dekabrın 9-da “Mənim addımım” partiyalar ittifaqının ümumdövlət seçki siyahısı ilə Ermənistan parlamentinin deputatı seçilib. Evli deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Ədliyyə  

Ermənistan Ədliyyə nazirinin yeni təyin olunan müavini orduda xidmət etməyib

2021/04/Suren-1617778735.jpg
Oxunub: 644     16:17     08 Aprel 2021    