Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Təyyarələr Arizonada yerləşən “təyyarə qəbiristanlığına” göndəriləcək. Təyyarələrin istismardan çıxarılmasına səbəb kimi təyyarənin köhnəlməsi və istismara yararlı vəziyyətdə olmaması göstərilir.
Məlumata görə, hər iki təyyarə 1961-1962-ci illərdə istehsal olunub və ABŞ Hərbi Hava Qüvvələrində demək olar ki, ən köhnə təyyarələrdir.
ABŞ-ın Açıq Səma Müqaviləsindən çıxmasının səbəblərindən biri təyyarələrin tez-tez sıradan çıxması və uçuşları tam yerinə yetirə bilməməsi idi. Təyyarələrin əsaslı təmiri və ya dəyişdirilməsi üçün bir neçə dəfə vəsait ayırlması tələb olunsa da, yerinə yetirilmədi.
Təyyarənin istismardan çıxarılmasına baxmayaraq, Vaşinqton Açıq Səma Müqaviləsinə qayıtmağı istisna etmir.
Açıq Səma Müqaviləsi 24 Mart 1992-ci ildə Helsinkidə imzalanıb və hazırda 35 üzv dövlət qoşulub. Müqaviləyə qoşulan dövlətlər potensial və faktiki hərbi fəaliyyətlər haqqında məlumat toplamaq üçün müqavilənin digər tərəflərinin əraziləri üzərində müşahidə uçuşları həyata keçirə bilərlər. ABŞ-ın sabiq prezidenti Donald Tramp ölkəsini bu müqavilədən çıxarmışdı. Bundan sonra Rusiya da müqavilədən çıxmaq üçün daxili prosedurları başladıb.
Sevinc Əliyeva
Ordu.az