5/10/15: Ermənistan 10-15 il əvvəl nə danışırdı?

2021/04/16171-1617718390.jpg
Oxunub: 1186     11:30     07 Aprel 2021    
Bir çox insanların artıq öz həyatlarını “Facebook” olmadan təsəvvür edə bilmədikləri və orada fikirlərini ifadə etdikləri bir cəmiyyətdə yaşayırıq. Bəlkə də bu halın bəzi üstünlükləri var. Çatışmazlıq isə ondan ibarətdir ki, bu və ya digər qızğın müzakirələrin iştirakçıları Ermənistanda, məsələn, 5, 10 və ya 15 il əvvəl baş verənləri xatırlamırlar və ya ümumiyyətlə bilmirlər.

Bu boşluğu doldurmaq istəyən erməni mətbuatı 5, 10 və 15 il əvvəl rubrikasını təqdim edir. Hər həftə bu rubrika 5/10/15 il əvvəl Ermənistanda baş verən hadisələrin işıqlandırılması mövzusunu əhatə edir.

• 15 İL ƏVVƏL. 29 MART 4 APREL 2006 –cı il

4 aprel tarixində Azərbaycan Xarici İşlər Nazirinin müavini Araz Əzimov bildirib ki, Amerika anlamalı, Ermənistan yaxşı xatırlamalıdır ki, Azərbaycan nəinki torpaqlarının ayrılmasına razı olacaq, əksinə bunun qarşısını alacaq: “Bu, mövqeyimizin sərtləşdirilməsi kimi qəbul edilməməlidir”.

“Bu, Azərbaycanın münaqişənin ilk günündən bəri qəbul etdiyi prinsipial bir mövqedir. Biz bu mövqeyə sadiqik”, - deyə Azərbaycanın xarici işlər nazirinin müavini vurğulamışdı.

O qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağdakı erməni və azərbaycanlı icmalarının birgə sülh şəraitində yaşamasının və onlara müvafiq zəmanətlərin verilməsinin tərəfdarıdır: “Əminəm ki, başqa bir yol olmadığı üçün Azərbaycan buna hər hansı bir mərhələdə nail olacaq”.

“Dağlıq Qarabağda yaşayan erməni icmasına müəyyən məhdudiyyətlər daxilində muxtariyyət verilməlidir. Erməni tərəfinin fikrincə, Azərbaycanın siyasi qüvvələri Dağlıq Qarabağ ermənilərinin bölgədən qovulmasının tərəfdarıdır. Bu belə deyil. Biz heç vaxt Azərbaycan vətəndaşı olaraq ermənilərin Dağlıq Qarabağda yaşamasına etiraz etməmişik. Əksinə, hesab edirik ki, bu insanlar təmin edilməli olan müvafiq sosial və siyasi azadlıqlara sahib olmalıdırlar”, - deyə Araz Əzimov bildirmişdi.

• 10 İL ƏVVƏL. 29 MART 4 APREL 2011-cı il

Ermənistan prezidenti Serj Sarkisyan Xankəndiyə uçan ilk təyyarənin ilk sərnişini olacağına söz vermişdi.

• 5 İL ƏVVƏL. 29 MART 4 APREL 2016 –cı il

ABŞ Dövlət katibi Con Kerri 30 mart tarixində Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Qarabağdakı təmas xəttində və Ermənistanla sərhəddə gərginliyin artmasından narahatlığını bildirmişdi.

“Tərəflər, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair səyləri müzakirə etmişdilər. Dövlət katibi ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləmiş, təmas xəttində və dövlət sərhədində gərginliyin artmasından narahatlığını bildirmişdi. Dövlət katibi, ABŞ-ın beynəlxalq hüququn prinsipləri, Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsi və Helsinki Yekun Aktına əsaslanan hərtərəfli tənzimləməyə nail olmaq üçün tərəflərlə işləmək öhdəliyini vurğulamışdı”.

Sarkisyan və Bayden görüşü

31 mart tarixində ABŞ-ın vitse-prezidenti Co Bayden Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan ilə görüşmüşdü.

“ABŞ vitse-prezidenti, Birləşmiş Ştatların demokratik, firavan, təhlükəsiz və qonşuları ilə həmrəy Ermənistana sadiq olduğunu vurğulamışdı. Vitse-prezident, 20 mindən çox Suriyalı qaçqına ev sahibliyi etdiyinə görə Serj Sarkisyana təşəkkür edir. ABŞ-ın vitse-prezidenti Dağlıq Qarabağ münaqişəsinə toxunaraq davam edən şiddətdən narahatlığını dilə gətirmişdi, dialoqa çağırış etmiş və bölgədə uzunmüddətli sabitlik, təhlükəsizlik və rifah əldə etmək üçün hərtərəfli nizamlanmanın vacibliyini vurğulamışdı”, - deyə Ağ Ev açıqlama vermişdi.

Aprel döyüşləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalıb. Bunun nəticəsində dinc sakinlərdən 2-si ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirdi.

Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi 127 dəfə pozub. Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub. Habelə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonu ərazisindəki yüksəkliklər vurulub.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2019-cu ildə verdiyi açıqlamada Azərbaycan ordusunun ermənilərin qurduğu “Ohanyan səddi”ni 18 dəqiqəyə yardığını bildirib.

Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Tərtər rayonunun Qazaxlar kəndi düşməndən azad olunub.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Qarabağ   SQ   Ermənistan   Böhran   Ermənistan-ordusu  

5/10/15: Ermənistan 10-15 il əvvəl nə danışırdı?

2021/04/16171-1617718390.jpg
Oxunub: 1187     11:30     07 Aprel 2021    