Regionda hərbi sursatların çirklənmə miqyası böyükdür - Qarabağda sülhə nə mane olur?

2021/04/8-1617709281.jpg
Oxunub: 2587     15:38     06 Aprel 2021    
Vətən Müharibəsi on illərdir davam edən uzunmüddətli münaqişədə status-kvonu dəyişdirdi. Uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu mədəniyyət paytaxtı Şuşa şəhəri də daxil olmaqla, şəhər və kəndlərimizi azad etdi. Qeyd etmək lazımdır ki, müharibə dövründə Azərbaycan və Ermənistan silahlı qüvvələri “Toçka-U”, “Skad-B”, LORA Operativ Taktiki Raket Kompleksi və “Polonez” kimi Yaylım Atəşli Reaktiv Sistemlər də daxil olmaqla hər növ ağır silahdan istifadə etdilər. Artıq düşmənin müharibə zamanı Azərbaycana qarşı “İskəndər-M” raketlərindən istifadə etdiyi də təsdiqlənib.

Lakin müharibədəki ən böyük dönüş nöqtəsi Türkiyə istehsalı olan zərbə tipli “Bayraktar” TB2 və İsrailin “Harop” kamikadze Pilotsuz Uçuş Aparatlarının (PUA) Azərbaycan ordusu tərəfindən səmərəli istifadəsi idi. Nəticədə, Ermənistan silahlı qüvvələri həm canlı qüvvə, həm də silah və texnika baxımından ağır itkilər verdi. Hərbi əməliyyatlar 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında Üçtərəfli Saziş imzalandığı andan dayandırıldı. Noyabr müqaviləsinə uyğun olaraq, Azərbaycanın Qarabağ bölgəsinə 1.960 hərbi qulluqçu, 90 ədəd zirehli texnika və 380 ədəd hərbi nəqliyyat vasitəsi və xüsusi texnika göndərilib. Bundan başqa, Ağdam rayonunda atəşkəs rejiminin yerinə yetirilməsinə nəzarət üçün “Rusiya-Türkiyə birgə atəşkəs Monitorinq Mərkəzi” açılıb.

Beləliklə, noyabrda atəşkəs haqqında saziş hərbi əməliyyatlara son qoyan mühüm sənəd oldu. Sazişə əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarmağı öhdəsinə götürdü, Azərbaycan isə Laçın dəhlizinin təhlükəsizliyinə təminat verdi.

Noyabr sülh sazişində nəzərdə tutulduğu kimi, postmüharibə dövründə normallaşma prosesi üçün əsas impuls bütün nəqliyyat əlaqələrinin açılması yolu ilə iqtisadi inteqrasiyadır. Bu, möhkəm sülhə və sabitliyə nail olmaq üçün effektiv vasitə olmalıdır. Bunun bağlı müsbət siqnallar 11 yanvar 2021-ci ildə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin noyabrdakı sövdələşmə maddələrinin reallaşdırılmasını müzakirə etmək üçün Moskva görüşü zamanı verildi. Bu, bölgədə gələcək sülhü müzakirə etmək üçün ilk üçtərəfli görüş idi. Təhlükəsizlik, sərhəd, gömrük, sanitariya və dəmir yolu, avtomobil yolu və nəqliyyatla əlaqəli digər nəzarət növləri də daxil olmaqla daşımaların təmin edilməsi məsələlərinin həlli üçün ekspert yarımqruplarının yaradılması barədə razılığa gəliblər.

Bu müsbət dinamikaya baxmayaraq, noyabr sövdələşməsinin bütün bəndlərinin həyata keçirilməsində hələ də problemlər və çətinliklər mövcuddur. Həyəcan siqnalları arasında erməni silahlı qüvvələrinin və silahlarının Laçın dəhlizi vasitəsilə Qarabağa tranziti, həmçinin erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması da var. Bundan əlavə, Ermənistan və Azərbaycanın bu günə qədər həll edə bilmədiyi iki əsas məsələ də mövcuddur. Birincisi, Azərbaycan hərbi qüvvələrinin dekabrın ortalarında, sülh müqaviləsi imzalandıqdan bir ay sonra ələ keçirdiyi erməni silahlılarının statusudur. Onlar barışıq sazişini qəbul etməkdən imtina edərək Azərbaycan ordusuna qarşı hərbi əməliyyatları davam etdirirdilər. Nəticədə 3 hərbi qulluqçu, 1 mülki sakin şəhid oldu. Bu baxımdan rəsmi Bakı haqlı olaraq onları terrorçu olaraq dəyərləndirir və evlərinə qaytarılan əsirlərdən fərqli olaraq onları Ermənistana qaytarmaqdan imtina edir.

Lakin bu yaxınlarda Azərbaycan əvvəllər Qarabağda saxlanılan Livan vətəndaşı Maral Nacəryanı azad etdi. O, qanunsuz olaraq Azərbaycan ərazisinə daxil olaraq, təxribat xarakterli fəaliyyətlər icra etmişdi. Bundan başqa, rəsmi Bakı artıq 1400 erməni hərbçisinin cəsədini geri qaytarıb, ermənilərə Azərbaycanın Kəlbəcər rayonundakı Xudavəng monastırını ziyarət etməyə və nəhayət, Rusiya təbii qazının Azərbaycan vasitəsilə Ermənistana nəqlinə icazə verib. Bu fəaliyyətlərlə Bakı xoş iradəsini və gələcək barışığa hazır olduğunu nümayiş etdirir. Bununla yanaşı, Azərbaycan Ermənistandan minalanmış sahələrin xəritələrinin təqdim olunmasını tələb edir.

Müharibə bitdikdən sonra mina irsinin münaqişədən sonrakı dövrdə əhəmiyyətli bir problem olduğu vurğulanmalıdır. Qarabağ postsovet məkanında mina çirklənməsi ilə bağlı ən ciddi problemlərə malik regiondur və mina xəritələri olmadan bütün minaların təmizlənməsi çox çətindir. Ermənilərin minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən imtina etməsi gələcəkdəki sülh səylərinə xələl gətirə bilər.

Azərbaycan artıq bütün bölgədə mina təmizləmə fəaliyyətlərinə başlayıb. Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatına görə, 44 günlük müharibədən etibarən ən az 750 partlamamış mərmi və raket, 4500 piyada əleyhinə mina və 2000 tank əleyhinə mina aşkar edilərək məhv edilib. Qeyd etmək lazımdır ki, minalardan təmizləmə əməliyyatları əl ilə, minadan təmizləmə maşınları vasitəsi ilə və Mina aşkarlamaq üçün öyrədilmiş itlərin köməyi ilə həyata keçirilir. Minalardan təmizlənmə performansını yaxşılaşdırmaq və təhlükəsizliyin artırılması məqsədilə Azərbaycan Türkiyədən 20 yeni, müasir MEMATT (Mexanik Mina Təmizləmə Təchizatı) aldı. Bundan başqa, Türkiyənin minalardan təmizləmə üzrə mütəxəssisləri azərbaycanlı həmkarlarını öyrədirlər, həmçinin minalardan təmizləmə əməliyyatlarında iştirak edirlər.

Aydındır ki, azad edilmiş rayonların minalardan təmizlənməsi üzrə aparılan işlər Azərbaycan üçün infrastrukturun inkişafı və nizamlama planının həyata keçirilməsinə başlanması baxımından son dərəcə vacibdir. Piyada əleyhinə minalar hələ də azad edilmiş ərazilərdə insanların həyatı üçün ciddi təhlükə törədir. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, noyabr ayındakı razılaşmadan basdırılmış minalar 5-i hyərbi qulluqçu olmaqla, 14 azərbaycanlının ölümünə səbəb olub. Bundan əlavə, 52 hərbi qulluqçu və 8 mülki sakin mina partlayışları nəticəsində yaralanıb. Münaqişədən sonrakı dövrdə bir çox mülki şəxsin piyada əleyhinə minaların qurbanına çevrildiyi də məlumdur.

Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi davamlı inkişaf və bölgənin dirçəlişi üçün çox vacibdir. Məhz bu proses azərbaycanlı məcburi köçkünlərin məskunlaşdırılmasına və regionun iqtisadi inteqrasiyası prosesinə təsir göstərəcək. Buna görə də Azərbaycan minalardan təmizləmə işlərini sürətləndirmək məqsədi ilə Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. BMT Azərbaycanın münaqişədən zərər çəkmiş rayonlarında təcili humanitar tədbirlərin görülməsinə dəstəklənməsinə 2 milyon dollar ayırıb. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) böhranlara reaksiya və BMT-nin fövqəladə vəziyyətlərə Mərkəzi reaksiya Fondu tərəfindən əlavə 1 milyon dolların köməyi ilə BMTİP münaqişənin təsirinə məruz qalan ərazilərdə yaşayan yerli icmalara təhlükə yaradan mina və partlamamış bombaların minaların təmizlənməsi üçün fövqəladə vəziyyətlərə cavab qruplarının öyrədilməsində, təchiz edilməsində və yerləşdirilməsində ANAMA-ya dəstək verəcək.

Minaların və digər partlamamış hərbi sursatların çirklənmə miqyası böyükdür; bu səbəbdən ərazinin tamamilə təmizlənməsi bir neçə il çəkəcək və əgər minalanmış ərazilərin xəritələrinə çıxış olmasa, mina təmizləmə fəaliyətləri çox çətinləşəcək. Ermənistan barışıq niyyətinin göstəricisi olaraq Azərbaycana və sülhməramlılara mina xəritələri verməlidir. Bu cür fəaliyyət minalardan təmizlənmə əməliyyatlarını sürətləndirəcək və tərəflər arasında qarşılıqlı inamı artıracaq.

Nəhayət, postmünaqişə minalardan təmizləmə üzrə səylərin gücləndirilməsinin böyük əhəmiyyəti var və Ermənistan mina xəritələrini təqdim etməklə Azərbaycana kömək edə bilər. Bu, sülh şəraitində birgə yaşayışa dəstək vermək, eləcə də regionda humanitar problemləri həll etmək üçün ən səmərəli yoldur. Bundan başqa, Azərbaycan gələcək insan tələfatının risklərini azaltmaq, həmçinin kənd təsərrüfatı və mənzil tikintisi üçün istifadə olunan torpaq payını artırmaq üçün bölgə üzrə mina riski təhsili və potensialın inkişafını dəstəkləməlidir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Mina   Qarabağ  

Regionda hərbi sursatların çirklənmə miqyası böyükdür - Qarabağda sülhə nə mane olur?

2021/04/8-1617709281.jpg
Oxunub: 2588     15:38     06 Aprel 2021    