Ordu.az xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, pikapların tadürük edilməsi üçün müqavilə ötən ay imzalanıb. İlkin məlumata görə, Çexiya 1200 ədəd bu avtomobildən almağı planlaşdırır.
“Toyota Hilux” Yaponiyanın “Toyota” şirkəti tərəfindən dizayn və istehsal edilən pikap tipli maşındır. Çexiya ordusu üçün bu maşınların hərbiləşdirilmiş versiyasını ölkənin “Glomex MS” şirkəti istehsal edəcək.
“Toyota Hilux” Çexiya silahlı qüvvələrində istifadə edilən “Land Rover Defender” və UAZ-469-ları əvəz edəcək.
Sevinc Əliyeva
Ordu.az