Portuqaliya da “Leopard” tankları üçün aktiv müdafiə sistemi axtarır

2021/04/7567-1617861787.jpg
Oxunub: 1042     16:04     10 Aprel 2021    
Portuqaliya ordusu “Leopard 2A6” tipli əsas döyüş tanklarını aktiv müdafiə sistemi ilə təchiz etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Janes” portalı Portuqaliya ordusunun rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, Portuqaliya tanklarını aktiv müdafiə sistemləri ilə təchiz etmək üçün tezliklə yeni proqrama başlayacaq.

Xatırladaq ki, Almaniya fevral ayında “Leopard 2A6A3” tanklarını İsrail istehsal “Trophy” aktiv müdafiə sistemi ilə təchiz etmək üçün maliyyə ayırıb. Portuqaliya Ordusunun da eyni sistemlərə maraq göstərəcəyi gözlənilir.

Aktiv müdafiə sistemi tankları hücumlardan müdafiə etmək üçün tətbiq olunan bütün sistemlərə verilən addır. Bu sistemlər əsasən tank əleyhinə raket təhlükələrini aşkarlamaq üçün nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Portuqaliya  

Portuqaliya da “Leopard” tankları üçün aktiv müdafiə sistemi axtarır

2021/04/7567-1617861787.jpg
Oxunub: 1043     16:04     10 Aprel 2021    