“İsgəndər” qalmaqalı səngimir: Rusiyalı hərbi ekspertlər niyə nala-mıxa vurur?

2021/04/6777-1617613399.jpg
Oxunub: 6732     17:00     05 Aprel 2021    
Vətən Müharibəsi zamanı Rusiyanın “İsgəndər” Operativ-Taktiki Raket Sistemlərinin istifadəsi bu müharibənin ən qaranlıq daşlarından biri oldu. Bu da təsadüfi deyil, çünki “İsgəndər” sistemləri Rusiyanın güc və nüvə imicinin ən vacib sütunları, həm də Ermənistan arsenalındakı ən güclü silahdır.

Müharibədə bu sistemdən istifadə olunmasına dair bütün şərhlərin mövcud sualları cavablandırmaqdansa, getdikcə daha çox sual doğurması diqqət çəkir.

Şuşada “İsgəndər” istifadə edilib

Əvvəla, xatırladaq ki, müharibə zamanı erməniləri maraqlandıran əsas suallardan biri də ““İsgəndər” niyə istifadə olunmur?” sualı idi. Vəziyyətdən asılı olaraq və gizlilik baxımından erməni jurnalistlər bu məsələni qızışdırmırdı.

Bununla yanaşı, müharibədən sonra “Adekvat” birliyinin təsisçisi Artur Danielyan, Facebook səhifəsində yazaraq bu komplekslərin istifadəsi barədə ilk danışan oldu. O, “7 Noyabr 2020-ci il, saat 09:00, erməni “İsgəndər”i Şuşanın üzərinə düşür. Həmin anda orada hələ çox sayda erməni əsgəri var idi” deyə yazır.

Əlbətdə bu, o dövrdə çox qəribə, etibarsız səslənirdi, çünki Ermənistan Müdafiə Nazirliyi “İsgəndər”in istifadəsi xəbərini heç bir şəkildə şərh etmirdi.

Danielyanın yaydığı xəbəri sonradan Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi, Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Movses Hakobyan, “İsgəndər”dən atəş edildiyini, amma hara atəş etdiyini deməyəcəyini açıqlamaqla təsdiqləyib.

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da müharibədən sonrakı böyük müsahibəsində “İsgəndər”in müharibə zamanı istifadə edildiyini söyləyib.

“Mənim “İsgəndər”in müharibənin son dövründə, daha dəqiq desək Şuşa istiqamətində istifadə edildiyi barədə etibarlı məlumatlarım var”, - deyərək hökumətin cavab zərbəsi almaqdan qorxduğu üçün Bakı istiqamətində istifadə olunmadığını zənn etdiyini vurğulayıb.

“Yəni, Ermənistanın hansı ərazisindən atəş açılsaydı, bəlkə də həmin əraziyə əks zərbə endiriləcəkdi. Ancaq müharibə zamanı çox qorxu olduğunda, sonu bu gün mövcud olan hala gəlib çıxır. “İsgəndər” müharibənin dördüncü və ya beşinci günündə, Azərbaycan Horadizdə və digər ərazilərdə çox sayda canlı qüvvə, hərbi texnika topladığı zaman istifadə olunmalı idi. “İsgəndər” elə məhz buna görədir”, - deyə Sarkisyan bildirib.

““İsgəndər”, məsələn, 10% partladı” ifadəsi ilə başlayan regional qalmaqal

Sarkisyana cavab olaraq Nikol Paşinyan son müsahibələrindən birində qeyd edib: “Bəlkə cavab verərlər, bəs, atəş açan “İsgəndər” niyə partlamadı və ya, məsələn, 10% partladı?”.

“Belə də olur?”, deyə dəqiqləşdirici sual verildikdə, o, cavab verib: “Mən bilmirəm. Bəlkə 80-ci illərin silahı idi?”.

Paşinyanın bu şərhləri əsl regional qalmaqala çevrildi və “İsgəndər”in imicinə zərbə oldu. Buna bir sıra erməni, rus və azərbaycanlı, həmçinin beynəlxalq hərbi ekspertlər, Paşinyanın bu hərbi bilik və bu işdən anlayış bacarığını şübhə altına alaraq münasibət bildirdilər.

Lakin bu reaksiyalardan ən əsası Rusiya Müdafiə Nazirliyi təmsilçisinin “İsgəndər” komplekslərinin Qarabağ münaqişəsində istifadə edilməməsinə, yəqin ki, Paşinyanı səhv yönəldilməsinə dair münasibət bildirməsi oldu. Bütün bunlar Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın “İsgəndər” haqqında məlum qısa müsahibəsinin vəzifədən azad olunması ilə nəticələnən qalmaqalla davam edib.

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını tələb etdi

Əlbəttə, hadisələrin inkişafı bununla məhdudlaşmırdı. Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının Nikol Paşinyanın istefasını tələb edən heç də az qalmaqal yaratmayan bəyanatı verildi. Nəticədə Paşinyan-Baş Qərargah qarşıdurması bir neçə həftə davam etdi, Ermənistanda bir sıra daxili siyasi proseslər sürətləndi.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının bu hərəkəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən də qınandı və bunu hətta çevriliş cəhdi kimi qiymətləndirdi. Baş verənləri, Baş Qərargah rəisi Onik Qasparyanın necə azad edildiyini və Artak Davtyanın necə təyin olunduğunu yaxşı xatırlayırıq. Ancaq gözlənilən kimi “İsgəndər” mövzusu, qalmaqallı açıqlamadan sonra baş tutan ən yüksək Paşinyan-Putin səviyyəsindəki telefon danışıqlarında da müzakirə olundu. Bundan sonra Paşinyanın mətbuat katibi Mane Qevorkyan, mövcud faktların və məlumatların tutuşdurulması nəticəsində Paşinyanın bu vəziyyət barədə lazımi səviyyədə məlumatlandırılmadığı qənaətinə gəldiyini açıqlamışdı. Ancaq bu proseslər birmənalı şəkildə “İsgəndər” ətrafındakı qalmaqalla başlayıb.

Azərbaycan Şuşada “İsgəndər” qalıqlarını tapıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Ermənistanın Qarabağdakı 44 günlük müharibə zamanı Azərbaycana qarşı “İsgəndər” raket sistemlərindən istifadə etdiyini bildirib. 15 mart tarixində Şuşa şəhərində aparılan təmizləmə işləri zamanı partlamış 2 raketin parçaları tapıldığını açıqlamaqla, faktiki olaraq Ermənistandan səsləndirilən məlumatları təsdiqləyib.

Rusiyalı politoloq Stanislav Tarasov isə müsahibəsində bu mövzuya olduqca həssas və emosional reaksiya göstərərək, Rusiyanın bu cür məlumatlara malik olmadığını iddia edib.

“Bizdə belə bir məlumat yoxdur, buna görə şərh ediləcək bir şeyimiz də yoxdur. Bizim üçün vacib olan rəsmi Moskvanın dedikləridir. Harada və hansı nümayəndənin nə dediyi bizi maraqlandırmır”, - deyə Tarasov bildirib.

O, bu məsələni iki ölkə arasında yerindəcə araşdırmağı tövsiyyə edib.

“Rusiyanın bununla nə əlaqəsi var? Rusiya çox uzaqdadır, Rusiyanın öz problemləri var. Bütün bunlar İrəvanda və Bakıda daxili siyasi gündəmlər əsasında idarə olunur, İrəvan və Bakı arasında, daxili problemlər həll edilir”, - deyə Tarasov qeyd edib.

Tarasov Azərbaycanın istədiyini aldığını, Şuşaya sahib olduğunu, ərazilərini azad etdiyini bildirib.

“Paşinyan Azərbaycan üçün bacardığını edib, Paşinyana qarşı niyə çıxmalıdırlar?”, - deyə Tarasov bildirib.

Məsələn, “İsgəndər”in daha əvvəl niyə istifadə edilmədiyini və ya Şuşada niyə istifadə edildiyini bilmədiyini söyləyərək, erməni liderlərin bu suala cavab verməli olduğunu qeyd edib: “Bu mövzu ətrafında düşünə bilərəm, amma icad etmək istəmirəm”.

Rusiyalı hərbi analitik Aleksandr Xramçıxin isə söhbətində konkret məlumatlar olmadığı üçün bu mövzuda qəti bir şey söyləməyin son dərəcə çətin olduğunu söyləyib, konkret fraqmentlər, göstərildiyi təqdirdə isə bunlar sübutdur. Rusiya Müdafiə Nazirliyinə gəlincə, onun sözlərinə görə, hələki Ermənistan raketlərinə nə dərəcədə nəzarət etdiyini və bunların istifadəsi barədə bir şey deyə bilərmi, məsələsini aydınlaşdırmaq lazımdır.

Rusiyanın bu məsələ ilə bağlı rəsmi fikirlərinin İrəvan və Bakının fikirləri ilə üst-üstə düşməməsində heç bir problem görmədiyinə dair, sualın cavabına gəlincə, Xramçıxin hazırda bütün dünyada bu cür ziddiyyətli bəyanatların verildiyini və bundan heç nə baş vermədiyini qeyd edib: “Həmçinin, bu cür məlumatların indi niyə yayıldığını da deyə bilmərəm”.

Kompleksin niyə Şuşaya qarşı istifadə olunduğuna dair suala, Xramçıxin belə cavab verib: “Ümumiyyətlə Ermənistan rəhbərliyinin hərəkətlərinin məntiqini, nə vaxt, nədən istifadə etdiyini, nə dərəcədə müharibə etməyə hazırlaşdığını başa düşmək çətindir. Söhbət Qarabağdan yox, Ermənistan rəhbərliyindən gedir. Yalnız Ermənistanda “İsgəndər” var. Əgər istifadə edirsə, demək Ermənistanın özü müharibə vəziyyətindədir, çünki Qarabağda bu kompleks yox idi, ola da bilməzdi. Bu bir çəkindirici bir amil ola bilərdi, bəlkə də son mərhələdə bu kompleksdən ümidsiz bir addım kimi istifadə ediblər, amma bu mənim fərziyyəmdir, təkrar edirəm, klassik filmdə olduğu kimi mənim üçün də qeyri-peşəkarın məntiqini anlamaq çox çətindir. Paşinyan bu ifadənin təcəssümüdür”.

Onun sözlərinə görə, Paşinyan hərbi məsələlərə gəldikdə nədən danışdığını ümumiyyətlə anlamır, hərbi məsələlərə və ya dediyi kimi bir çox başqa məsələlərə gəldikdə, bu üslubda danışır.

“Mən bununla Azərbaycanın nə əldə etmək istədiyini bilmirəm, amma Rusiya silahları ilə silahlanıb, onu nüfuzdan salmamalıdır”, - deyə Xramçıxin qeyd edib

O, bu raketlərin istifadəsinin müharibənin gedişatını dəyişdirmədiyinə inanır, çünki müharibənin gedişatını tək bir “İsgəndər” deyil, savadlı hərəkətləri ilə savadlı rəhbərlik dəyişdirir.

Əlbətdə ki, “İsgəndər”in istifadəsi böyük bir hərbi tərkibə malikdir, lakin Rusiyanın bölgədəki nüfuzu ilə əlaqədar yaranmış geosiyasi vəziyyətdən az əhəmiyyət daşımır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsgəndər   Qarabağ  

“İsgəndər” qalmaqalı səngimir: Rusiyalı hərbi ekspertlər niyə nala-mıxa vurur?

2021/04/6777-1617613399.jpg
Oxunub: 6733     17:00     05 Aprel 2021    