Ordumuzun yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək

2021/01/c2cf4-1610700612.jpg
Oxunub: 603     10:51     09 Aprel 2021    
Sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı əks-hücum əməliyyatı ilə başlayan və noyabrın 10-da düşmənin təslim olması ilə nəticələnən İkinci Qarabağ müharibəsində ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu xalqımızın Zəfər salnaməsini yazdı.

Dövlət başçısının qəti iradəsi və müdrik xarici siyasəti, ordumuzun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində erməni işğalçıları həm hərbi, həm də siyasi meydanda ağır məğlubiyyətə uğradıldı, Böyük Qələbə qazanılaraq tarixi ədalət bərpa olundu, xalqın inamı özünə qaytarıldı. 44 günlük müharibə təkcə bölgənin hərbi-siyasi həyatı üçün deyil, həm də beynəlxalq təhlükəsizliyin təminatı üçün müsbət tendensiyadır.

Azərbaycanın qələbəsi Qafqazda və ümumilikdə, regionda terrorçu və faşizm rejiminin süqutuna səbəb oldu. Ölkə başçısı İlham Əliyev noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciəti zamanı bu barədə demişdir: "Mən bir daha deyirəm və hər dəfə deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik".

Ölkəmizin Dağlıq Qarabağ və ətraf ərazilərində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığı hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru indiki qədər mühüm yer tutmayıb, ümummilli əhəmiyyət kəsb etməyib.

Qələbə nəticəsində builki Novruz bayramını xalqımız böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşıladı. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan, Cıdır düzündən xalqımızın haqq səsini qətiyyətlə dünya ictimaiyyətinə çatdıran, ən mötəbər kürsülərdən "Qarabağ Azərbaycandır!" deyən ölkə Prezidenti İlham Əliyevin bayram tonqalı ətrafında böyük qürur hissi ilə "Şuşa sən azadsan!", "Şuşa Azərbaycandır!", "Qarabağ Azərbaycandır!" deyərək, bir daha işğalçı dövlətə layiq olduğu yeri göstərməsi xalqımızın qəlbini iftixar, qürur hissi ilə doldurdu.

Tarixi və şanlı Zəfər - dəmir iradənin, yenilməz qətiyyətin, monolit birliyin və ordumuzun qələbə əzminin nəticəsidir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu Qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik.

Birlikdən güc alan Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan  

Ordumuzun yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək

2021/01/c2cf4-1610700612.jpg
Oxunub: 604     10:51     09 Aprel 2021    