Hərbi qulluqçularımızın rahatlıq və təmizliyinə böyük diqqət göstərilir

2021/04/55115-1617866811.jpg
Oxunub: 911     16:43     09 Aprel 2021    
Hərbi hissədə əsgər yataqxanalarında gördüyümüz səliqə-sahman, döşək üzlərinin və dəsmalların təmizliyi diqqətimizdən yayınmadı. Belə təmizlik görənə də, bu təmizlik içində yaşayana da xüsusi zövq verir. Zabit və əsgərlərdən öyrəndik ki, döşək üzləri, dəsmallar və hərbi qulluqçuların məişəti üçün zəruri olan əşyalar hərbi hissənin camaşırxanasında yuyulur. Burada çalışanlar zabit və əsgərlərimizə böyük diqqət göstərirlər. Şəxsi heyətə rahatlıq və təmizlik bəxş edən kollektivlə görüşmək üçün camaşırxanaya üz tutduq.

Əvvəlcə hamam-camaşırxana kombinatının rəisi, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Şahmar İzanovla görüşdük. O dedi ki, camaşırxanada çalışanların hamısı qadınlardır. “Onlar işlərinə diqqət və məsuliyyətlə yanaşırlar. Üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Yaxşı bilirlər ki, bu camaşırlardan zabit və əsgərlərimiz istifadə edirlər. Ona görə də daha böyük məsuliyyətlə çalışırlar. Hamam-camaşırxanamız ən müasir qurğu və avadanlıqlarla təchiz olunub. Bu da bizə imkan verir ki, işlərimizi daha rahat və rəvan görək”.

Kollektivin işi ilə yaxından tanış olduq. Öyrəndik ki, camaşırlar əvvəlcə çeşidlənir, yuyulur, qurudulur və ütüləndikdən sonra bölüklərə qaytarılır. Bu prosesdə çalışan qadınların hamısının zəhməti var. Söhbətlərimiz zamanı hiss etdik ki, qadınların ürəyi hərbçilərimizə qarşı sevgi ilə doludur.

- Uzun illərdir ki, bu hərbi hissədə çalışıram. Çünki yurdumuzun müdafiəsində dayanan zabit və əsgərlər üçün çalışmaq həm borcumuz, həm də vəzifəmizdir, - deyə Xalidə Nəsirova bizimlə söhbətə başladı. - Camaşırları və hərbi formaları yuyub, ütülədikcə, düşünürəm ki, bunlardan zabit və əsgərlərimiz istifadə edəcəklər. Buna görə də işimizə diqqət və məsuliyyətlə yanaşırıq. Elə bunun nəticəsidir ki, onlar həmişə ünvanımıza xoş sözlər deyirlər. Hərbçilərimizə övladımız kimi baxırıq. Bir müddətdən sonra özüm də əsgər anası olacağam. Oğlum on yeddi yaşın içindədir. Bir ildən sonra o da tay-tuşları kimi əyninə əsgər forması geyinib, Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirəcək.

Zabit və əsgərlərimizə diqqətlə yanaşan kollektivlə yaxından tanış olduqdan sonra hiss etdik ki, həqiqətən də, onlar xoş sözlərə layiq işlər görürlər.

Vahid Məhərrəmov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   MN  

Hərbi qulluqçularımızın rahatlıq və təmizliyinə böyük diqqət göstərilir

2021/04/55115-1617866811.jpg
Oxunub: 912     16:43     09 Aprel 2021    