"Azərbaycanlılar Şurnux-Qafan yolundan 20 metr aralıda səngər qazırlar"

2021/04/211-1617286650.jpg
Oxunub: 7777     18:16     01 Aprel 2021    
"Azərbaycanlılar Şurnux-Qafan yolundan 20 metr aralıda səngər qazırlar: bir aydan sonra bu yol ikiqat təhlükəli olacaq ".

Ordu.az xəbər verir ki, bunu erməni ictimai-siyasi xadim Aram Gevorqyan öz "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibə günlərində 44 gün "döyüşən", lakin türkün üzünü görməyən insanlar olub.

"Müharibənin başa çatmasından sonra türklər şifahi razılaşma nəticəsində burnumuzun altında peyda olublar.

Bu, Şurnuxdan Qafana gedən yolun bir hissəsidir. Keçmişdə bu hissə ilə Qubadlıya gedirdilər. İndi azərbaycanlıların postları var: çadır qurublar və yoldan 20-30 metr aralıda səngər qazırlar.

Yerli sakinlər hər addımda bir şey deyirdilər: ağacların yaşıllaşmasından və görünüş sahəsini bağlamasından sonra bu hissələr ikiqat təhlükəli olacaq", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şurnux   Qafan  

"Azərbaycanlılar Şurnux-Qafan yolundan 20 metr aralıda səngər qazırlar"

2021/04/211-1617286650.jpg
Oxunub: 7778     18:16     01 Aprel 2021    