Erməni politoloq: "Lələtəpə əməliyyatı zamanı 44 tankdan 42-ni döyüş meydanında tərk etmişik"

2021/04/qeqam-1617282440.jpg
Oxunub: 14676     17:03     01 Aprel 2021    
"Bu, daha çox hərbi əməliyyatı yox, qəsdən soyqırımı xatırladırdı. Ən yumşaq qiymətləndirmələrə görə, təkcə bu əməliyyat zamanı 650 qurbanımız olub. 44 tankdan 42-ni döyüş meydanında tərk etmişik".

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Qeğam Nazaryan jurnalistlərlə görüş zamanı müharibədə ermənilərin Lələtəpə əməliyyatı cəhdinə toxunarkən bildirib.

"Hücum edən ordumuz əsas əməliyyat haqqında gedişat zamanı öyrənib. Zirehli texnika uzun yol qət edərkən həmişə problemlər yaşayır və bu vəziyyətdə sən 100 km marş-brasok etmiş ordunu aparsan və çətin bir əməliyyat həyata keçirməyi tapşırsan, bu, cinayətdən başqa bir şey deyil", - deyə Nazaryan qeyd edib.

Onun sözlərinə görə, əslində bu əməliyyat təcrübəli hərbçilərin iddia etdiyi kimi olmalı idi.

"Əslində bu əməliyyat təcrübəli hərbçilərin iddia etdiyi kimi olmalı idi, lakin bu, həyata keçirmək üçün müvafiq potensiala, hazırlığa sahib olmalısan və heç biri edilməyib", - deyə Qeğam Nazaryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Lələtəpə  

Erməni politoloq: "Lələtəpə əməliyyatı zamanı 44 tankdan 42-ni döyüş meydanında tərk etmişik"

2021/04/qeqam-1617282440.jpg
Oxunub: 14677     17:03     01 Aprel 2021    