ABŞ donanması daha çox P-8 “Poseidon” dəniz patrul təyyarələri alır

2021/01/asfaf-1610357374.jpg
Oxunub: 1188     16:03     01 Aprel 2021    
ABŞ Müdafiə Nazirliyi ölkənin və Avstraliyanın Hərbi Dəniz Qüvvələrinə P-8A “Poseidon” dəniz patrul təyyarələri istehsal etməsi üçün “Boeing” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Boeing” şirkəti məlumat yayıb.

Müqavilənin ümjmi dəyəri 1,6 milyard dollardır. İstehsal edilən təyyarələrdən 9-u ABŞ, qalanı Avstraliya donanmasına təhvil veriləcək.

Müqavilə ABŞ Hərbi Dəniz Qüvvələrinin P-8A təyyarələrinin sayını 128-ə, Avstraliyanın bu model təyyarə parkını 14-ə çatdıracaq.

Müqavilənin 2024-cü ildə tamamlanması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu  


Bizi "telegram"da izləyin