Şuşada tapılan və Ermənistan ordusunun arsenalında olmayan “İskəndər-M” OTRK-ları: Moskvanın açıqlaması necə olacaq?

2021/04/344-1617267810.jpg
Oxunub: 13690     13:13     01 Aprel 2021    
Dünən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) adı çəkilməyən rəsmisi “caliber.az” saytına müsahibəsində bildirib ki, martın 15-də Şuşa şəhərində Vətən Müharibəsi dövründə Rusiya istehsalı “İskəndər” Operativ-Taktiki Raket Kompleksindən (OTRK) atılan iki ədəd partlamış raketin qalıqları tapılıb. ANAMA rəsmisi raketlərin tapıldığı ərazinin dəqiq koordinatlarını da açıqlayıb: 39 ° 45'38.10 “N 46 ° 44'33.90” E və 39 ° 45'27.80 “N 46 ° 45'25.80”E.

“Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsini (9M723) araşdırılarkən onun qalıqlarının “İskəndər” raket sisteminə aid olduğu aşkar edilib. Hətta açıq internet mənbələrində axtarış apararkən belə 9M723 eyniləşdirmə nömrəsinin “İskəndər” raketinə aid olduğunu müəyyən etmək mümkündür. Bütün bunlar Vətən Müharibəsi dövründə, xüsusən Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etdiyini təsdiqləyir”, - deyə ANAMA rəsmisi qeyd edib.

Açıq mənbələrdə 9M723 identifikasiya nömrəsi barədə axtarış apararkən qarşımıza bir sıra suallar doğuran məqamlar çıxır. Aşkarlanan qalıqlar Azərbaycan cəmiyyətində çaşqınlar yaradıb. Bu, “Müharibə zamanı “İsgəndər” istifadə edilibmi?” sualına dəqiq cavab verir, amma özlüyündə kifayət qədər məntiqli yeni suallar yardır.

“İskəndər” OTRK-larının Ermənistan ordusunun arsenalında olması heç kəsə sirr deyil. Raket sistemləri ilk dəfə 2016-cı ildə İrəvanda keçirilən hərbi parad zamanı açıq nümayiş olunub, foto və videoları sosial şəbəkələrdə yayımlanıb. Bundan sonra tələsik rəsmi məlumatlar yayıldı. Bildirildi ki, raketlər Rusiya tərəfindən Ermənistana KTMT çərçivəsində silah tədarükünə dair müqavilələr əsasında tədarük edilib. Eyni zamanda, Rusiyanın Ermənistana raketlərin ixrac versiyası olan “İskəndər-E” (eksport) sistemlərini tədarük etdiyi vurğulandı. OTRK-nın M və K versiyaları Rusiya ordusu tərəfindən istifadə edilir.

Bu versiyalar arasındakı əsas fərq nədir? Hələ 2016-cı ildə “Rostex” korporasiyasının baş direktoru Sergey Çemezov “İskəndər” raket sistemlərinin adı qadağan olunan məhsullar siyahısında olduğu üçün xaricə satılmayacağını söylədi. Xarici müştərilərə “İskəndər-M” adlı raketin daha sadələşdirilmiş versiyası təklif olunur. Kompleksin sadələşdirilməsi nəticəsində onun mənzili 280 km-ə qədər endirilib. İxracat versiyasında OTRK-nin mənzilinin azaldılması uzun mənzilli raketlərin ixracının beynəlxalq müqavilələrlə qadağan olunması ilə əlaqəli ola bilər.

“İskəndər” OTRK-nın hər üç modifikasiyasına aid raketlər fərqli şəkildə adlandırılıb. Hazırda raket sisteminin üç versiyası mövcuddur:

1. “İskəndər-M” – Maksimum uçuş məsafəsi 500 kilomterə qədər olan 9M723, 9M723-1, 9M723-1F və ya 9M723-1K raketlərini atan atıcı qurğu

2. “İskəndər-K” - qanadlı raketlərin atılması üçün nəzərdə tutulan raket sistemi. Sistemdən məsələn, maksimum uçuş məsafəsi 2000 km-ə qədər olan R-500 raketləri buraxıla bilər.

3. “İskəndər-E” – raket texnologoyasına nəzarət rejiminin tələblərinə riayət edən və mənzili 280 kilometərdən çox olmayan 9M723E (NATO təsnifatı SS-26 STONE B) raketlərini atmaq üçün nəzərdə tutulan atıcı qurğu. Bu versiyası ancaq ixrac üçün nəzərdə tutulub.

Rusiya tərəfinin 2016-cı ildə verdiyi açıqlamaya görə, ANAMA-nın əməkdaşları Şuşa şəhərindən üzərində 9M723E yazılan raketlər tapmalı idilər. Ancaq fotolardan da göründüyü kimi partlamış raketlərin üzərində yazılan kod fərqlidir – 9M723. Artıq yuxarıda qeyd etdik ki, bu raketlər hazırda Rusiya ordusunun arsenalında olan və ixracı beynəlxalq müqavilələrlə qadağan olunan “İskəndər-M” kompleksinə aiddir. Bunların Ermənistan ordusunun əlinə necə keçdiyini bilmirik, amma bilirik ki, bu raketlər Şuşa şəhərində olmamalı idilər.

Beləliklə, əvvəldə qeyd etdiyimiz kimi bu məlumatlar cavablanmalı olan bir sıra suallar ortaya çıxarır. “İskəndər-M” OTRK-ları Ermənistan ordusuna necə ötürülüb? Raketlər hüquq statusuna görə Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində yerləşdirilə bilər, ancaq bu, Ermənistan ordusuna istifadə hüququ vermir. Ancaq fakt budur ki, raketlər Ermənistan ərazisindən və ya Ermənistanın işğalı altında olan digər ərazilərdən Şuşa şəhərinə atılıb.

Burada onu da qeyd etmək lazımdır ki, fotolardan göründüyü və ANAMA rəsmisinin də açıqladığı kimi raketlər partlayıb. Yəni, Ermənistan Baş naziri Nikol Paşinyanın raketlərin partlamaması barədə verdiyi bəyanatın özünün də sonradan etiraf etdiyi kimi heç bir əsası yoxdur.

Şuşa şəhərinə atəş açan “İskəndər-M” raketləri kimə məxsusdur? Onlar Ermənistan ordusunun necə əlinə keçib?

Konkret əsası olmayan, ancaq məntiqlə verilməli olan digər suallar səsləndirməyəcəyik. Amma mövzunun əhəmiyyətini və Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini nəzərə alaraq, Rusiyanın dərhal şərh vermə öhdəliyinin olduğunu düşünürük. Paşinyan OTRK-ların yarasız olduğunu bildirdikdə, Rusiyanın dövlət qurumları dərhal reaksiya verdi. Yuxarıda səsləndirilən suallara da Rusiyanın eyni cür reaksiya verəcəyinə ümid edirik.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İsgəndər   OTRK  

Şuşada tapılan və Ermənistan ordusunun arsenalında olmayan “İskəndər-M” OTRK-ları: Moskvanın açıqlaması necə olacaq?

2021/04/344-1617267810.jpg
Oxunub: 13691     13:13     01 Aprel 2021    