Davtyan Ermənistan BQ rəisi vəzifəsində Qasparyanı əvəz etməyə niyə razı oldu? - KORRUPSİYA FAKTI

2019/04/75675-1554982021.jpg
Oxunub: 2249     14:15     06 Aprel 2021    
Emənistanın İnzibati Məhkəmə bu yaxınlarda keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın və vəkillərinin işi araşdırmadan əvvəl Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində qalması barədə vəsatətini təmin edib.

Xatırladaq ki, Onik Qasparyan Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi məsələsinə baxılması üçün İnzibati Məhkəməyə müraciət edib.

Bu müddət ərzində Armen Sarkisyana Nikol Paşinyandan Artak Davtyanı Baş Qərargahın rəhbəri təyin etmək haqqında təqdimat daxil olub. Hüquq çərçivəsində məsələnin həlli müddətində Stepan Qalstyan Baş Qərargah rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilmişdi. O, Baş Qərargah rəisinin müavini idi.

Onik Qasparyanın Baş Qərargah rəisi olub-olmaması ilə bağlı mübahisələr davam edir. Hökumət İnzibati Məhkəmənin qərarı ilə barışmadı. Baş nazirin aparatı “Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Onik Qasparyan, konstitusiya norması əsasında qüvvəyə minən prezidentin əmrinə uyğun olaraq 10 mart 2021-ci ildə tutduğu vəzifədən azad edilib” qeyd edərək açıqlama verib. Bu hadisələr ortaya çıxarkən, Baş qərargah rəhbərinin keçmiş müavini Tiran Xaçatryan, 18 mart, səhər 08.30-da Onik Qasparyanın iş otağında olduğunu və Baş Qərargah rəisi olaraq normal iş ritminə döndüyünü bildirdi.

Bu hüquqi-siyasi mübahisənin nəticəsinin, xüsusən də vəkillərin fərqli, əksər hallarda ziddiyyətli fikirlər söylədikləri bir vaxtda necə həll olacağını təxmin etmək çətin idi. Bütün bunlara baxmayaraq, Artak Davtyan Baş Qərargah rəisi təyin olundu.

Martın 25-də Ermənistan İnzibati Məhkəməsində Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Onik Qasparyanın iddiasını araşdıran hakim Mher Petrosyanın Ermənistan Baş nazirinin nümayəndələrinin ona ünvanlanmış geri çəkilmə ilə bağlı qərarı yayımlanıb. Bu qərara əsasən, hakim geri çəkilməni rədd edib. Qasparyanın vəkili Artur Hovhannisyan deyib ki, məhkəmə qərəzli bir şey olmadığını, geri çəkilmə üçün tamamilə əsas olmadığını düşünüb və yeni vəsatət təqdim edəcək.

“Onlar düşünürlər ki, iddianın təmin edilmə vasitəsi olmadan da sonra məhkəmə aktı qəbul etmək mümkün olacaq. Təbii olaraq biz etirazlarımızı tam şəkildə təqdim edəcəyik”, - deyə o qeyd edib.

Nəticə etibarilə, Artak Davtyan, bu problemin həll yolu nə olursa olsun, qanuni, əxlaqi və tamamilə insani baxımdan ən əlverişsiz vəziyyətdədir.

Xatırladaq ki, Davtyan, 2018-ci ilin mayında inqilabdan sonra Baş Qərargah rəisi vəzifəsinə başlamışdı, 2020-ci ilin iyununda Onik Qasparyan onu bu vəzifədə əvəz etmişdi. 2020-ci ilin 17 iyul tarixində isə Artak Davtyan Hərbi-Sənaye Komitəsinin sədri təyin edilmişdi. Bu, yeri gəlmişkən, mülki vəzifədir. 9 mart 2021-ci ildə Artak Davtyan Vağarşak Harutyunyanın əmri ilə Xüsusi Tapşırıqlar üzrə Baş Zabit vəzifəsinə təyin olunaraq, yenidən Silahlı Qüvvələrin sıralarına qayıtmışdı. Bu hekayə boyunca Artak Davtyanın niyə Onik Qasparyanı Baş Qərargahın rəhbəri vəzifəsində əvəz etməyi, yumşaq desək, hər cəhətdən əlverişli olmayan bir vəziyyətdə qəbul etməsinə razı olduğu sual olunur.

Xatırladaq ki, Onik Qasparyanın istefasından sonra Baş Qərargahın digər zabitləri əvvəlki açıqlamanı bir daha vurğulayaraq tutduqları mövqelərini təsdiqləyiblər. “Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyi general-polkovnik Onik Qasparyanın müraciətinə qoşulur, respublikada mövcud vəziyyətlə bağlı indiyə qədər verilən qiymətləndirmələri təsdiqləyir”.

Artak Davtyanın yanaşmalarını bölüşmədikləri bir şəraitdə bu quruma necə rəhbərlik edərək işləyəcəyi aydın deyil. Üstəlik, bu qurum dövlət idarəçiliyinin ən vacib dairələrindən biridir və Artak Davtyanın silahdaşlarının, yoldaşlarının onunla əsaslı bir fikir ayrılığına sahib olduğu vəziyyətdə nə edəcəyi bəlli deyil. Müəyyən ictimai dairələrdə mövcud vəziyyətdə Nikol Paşinyanın təklifini qəbul edəcək bir zabit olmayacağına dair böyük gözləntilər var idi. Lakin, bu hadisələrdən əvvəl olduqca diqqət çəkici bir məhkəmə prosesi başlamışdı. Söhbət məşhur “Patron David” ləqəbli David Qalstyanın diqqət çəkən mühakiməsindən gedir. O, Ermənistan Müdafiə Nazirliyindən dələduzluq yolu ilə külli miqdarda pul ələ keçirmək kimi ağır cinayətdə ittiham olunur.

Ermənistan MTX-nin açıqlamasına görə, “İmzalanan müqavilənin qüvvəsi ilə təmin olunan fürsətdən istifadə edən A. B. və D. Q. imzalanan müqavilə predmetinə uyğun olmayan əmlakı fırıldaqçılıq yolu ilə mənimsəməyə, satmağa, bunun müqabilində bilərəkdən Ermənistan Müdafiə Nazirliyindən xüsusilə böyük miqdarda pul ələ keçirməyə başlayıb. Bu məqsədlə, aldatma yolu ilə, müqavilədə nəzərdə tutulmuş müvafiq çaplı topun atımları əvəzinə, tədarük edilən əmlakın taktiki-texniki xüsusiyyətlərə uyğun olmadığını gizlədib. Ortaq niyyətlə, Müdafiə Nazirliyinə 1977-ci il istehsalı olan bir başqa növ Çexiya istehsalı topların atımlarını, 1.083.000 ABŞ dolları dəyərində olan 523.089.000 AMD müqabilində tədarük edilib. Bu da taktiki və texniki xüsusiyyətlərinə görə nəzərdə tutulan topların atımlarından xeyli geri qalır. Bununlada tədarük edilən hərbi sursat təchiz olunduqları topu, xüsusən hədəf vurma məsafəsini təmin etməyib. Müdafiə Nazirliyinin sərəncamında olan top atəşinin trayektoriya xüsusiyyətləri və Silahlı Qüvvələrdə fəaliyyətdə olan dağ atış cədvəlinin parametrlərinə uyğun olmayıb. Bu səbəbdən, təmin olunmuş atımlardan istifadə edildiyi təqdirdə döyüş tapşırıqlarını həll etmək mümkün olmayıb. Bunun nəticəsində imzalanmış müqavilə əsasında 523.089.000 AMD dəyərinə bərabər olan böyük bir məbləğ, 1.083.000 ABŞ dolları şirkətin hesabına köçürülüb”.

Taktiki və texniki xüsusiyyətlərini gizlədərək alınan silah növləri barədə rəsmi məlumat yoxdur. Ancaq bu müddət ərzində Ermənistanın 44 günlük müharibədən əvvəl əldə etdiyi “Osa-AK” tipli ZRK-ları haqqında çox danışıldı və bu silahların müharibə zamanı yararsız olduqları ortaya çıxmışdı. Keçmiş Baş Qərargah rəisi Movses Hakobyan ilk dəfə silahlanma və hərbi texnika əldə etmə planındakı dəyişiklikdən danışdı.

“Daha bir “Smerç” divizionu alınmalı, “İskəndər” kompleksi təkmilləşdirilməli və çoxlu miqdarda sursat alınmalı idi. 2018-ci il üçün fəaliyyət planı dəyişdirildi. SU-30SM, ZU 23-2, “Osa-AK”lar alıblar, amma bunlardan heç biri atəş etməyib. Müharibənin nə olduğunu bilmədikləri üçün, niyə aldıqlarını bilmədikləri üçün əldə ediblər. Bunu da inkar edə bilməzlər, çünki mən öz kabinetində Baş nazirə müqavilənin bağlandığını eşitdiyimi söylədim, buna görə cinayət törədəcəyini və cavab verəcəyini dedim. O, cavab verdi, artıq etmişik”, - deyə Movses Hakobyan 19 noyabr 2020-ci il tarixində keçirdiyi mətbuat konfransında bildirib.

Xatırladaq ki, Movses Hakobyan 24 may 2018-ci il tarixində Baş Qərargah rəisi vəzifəsindən azad edilmişdi. Həmin gün Artak Davtyan Baş Qərargah rəisi təyin olunub

Sual yaranır, bəlkə bu mübahisəli razılaşmaların altında Artak Davtyanın imzası durur və bu səbəbdən də səssizcə Nikol Paşinyanın şıltaqlıqlarını yerinə yetirir? Çünki, aydındır ki, Davtyan silah və hərbi texnikanın satın alınması planındakı dəyişiklikdən xəbərsiz ola bilməzdi.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Davtyan  

Davtyan Ermənistan BQ rəisi vəzifəsində Qasparyanı əvəz etməyə niyə razı oldu? - KORRUPSİYA FAKTI

2019/04/75675-1554982021.jpg
Oxunub: 2250     14:15     06 Aprel 2021    