Yarımavtonom robot itlər ABŞ HHQ-nin baza təhlükəsizliyini yaxşılaşdırmağa kömək edir

2021/03/66674-1617005461.jpg
Oxunub: 1372     16:45     01 Aprel 2021    
ABŞ Hərbi Hava Qüvvələri hərbi bazaların təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq üçün “robot it” adlanan dörd ayaqlı robotlardan istifadə edir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ilk rəsmi robot it ötən həftə ABŞ Hərbi Hava Qüvvələrinin 325-ci eskadriliyasına təhvil verilib.

“Ghost Robotics” və “Immersive Wisdom” şirkətləri tərəfindən dizayn edilən robot itlər orduya inteqrasiya edilən ilk növdür.

Robot itlər çətin coğrafi şəraitlərdə naviqasiya imkanı yaradır. Robotlar mənfi 40 dərəcədən 131 dərəcəyə qədər işləyə bilər və 360 dərəcə nəzarət etmək üçün 14 sensora sahibdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin