“Northrop”la “Lockheed” yeni nəsil RƏM sistemləri ilə bağlı 7.6 milyardlıq müqavilələr imzalayıb

2021/01/8545--1611742888.jpg
Oxunub: 759     20:27     07 Aprel 2021    
“Northrop Grumman” və “Lockheed Martin” şirkətləri ABŞ-ın Raket Əleyhinə Müdafiə (RƏM) arxitekturasına yeni nəsil RƏM sistemi istehsal etmək üçün müqavilələr imzalayıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yazıb.

“Northrop” şirkətinin müqaviləsi 3.9 milyard dollar və “Lockheed”in müqaviləsi isə 3.7 milyard dollara qədər qiymətləndirilə bilər.

Agentlik yazır ki, yeni nəsil RƏM sisteminin ümumi dəyəri 10-12 milyard dollar arasında ola bilər. Sistem Şimali Koreya və İran kimi ölkələrin hazırkı təhdidlərini və gələcək texnoloji inkişaflarını aradan qaldırmağa qadir olacaq.

RƏM sistemi ABŞ-ı qitələrarası ballistik raketlərdən qorumaq üçün hazırlanmış radarlar, anti-ballistik raketlər və digər avadanlıqlardan ibarət olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Lockheed   Northrop   ABŞ  

“Northrop”la “Lockheed” yeni nəsil RƏM sistemləri ilə bağlı 7.6 milyardlıq müqavilələr imzalayıb

2021/01/8545--1611742888.jpg
Oxunub: 760     20:27     07 Aprel 2021    