ABŞ Rusiya ilə gərginlik fonunda raketdən müdafiə sistemini modernləşdirməyə qərar verib

2019/01/kanfn-1548830888.jpg
Oxunub: 1214     14:38     29 Mart 2021    
ABŞ Rusiyanın hipersəs sürətə malik silahları da daxil olmaqla bir çox yeni silah növlərinin ortaya çıxması səbəbindən raketdən müdafiə sistemlərini modernləşdirməyə qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Raketdən Müdafiə Agentliyinin yaydığı sənəddə qeyd olunub.

“Son illərdə düşmənlər sürətlə yeni mürəkkəb və perspektivli məhv vasitələri inkişaf etdirir, bunlar arasında hipersəs sürətə malik, səsdən sürətli və daha az sürətə malik qanadlı raketlər var”, - deyə sənəddə qeyd olunub.

Pentaqon raketdən müdafiənin əsas elementlərini - Komandanlıq və İdarəetmə Sistemini, Döyüş İdarəetmə və Rabitəni (C2BMC) modernləşdirməyi planlaşdırır. Bu sistem “Patriot”, THAAD, “Aegis”, AN/TPY-2 radarları, kosmik əsaslı infraqırmızı sistemləri (SBIRS) və digərlərini vahid bir bütöv hala gətirərək çox səviyyəli raketdən müdafiə potensialını qorumağa imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin