Qlobal radioelektron mübarizə vasitələri bazarı: 2021-2026

2021/03/Leona-1615614851.jpg
Oxunub: 3092     17:05     17 Mart 2021    
Qlobal radioelektron mübarizə (REM) vasitələri bazarının miqyası 2026-cı ilədək 2.6% artaraq 26.3 milyon dollar çatacaq.

Ordu.az xəbər verir ki, bu barədə “QYResearch” şirkəti tərəfindən aparılan araşdırmada qeyd olunub.

Bildirilir ki, mövcud bazarın hazırkı həcmi 21.9 milyon dollardır. Artan transmilli və regional qeyri-sabitlik fonunda radioelektron mübarizə sistemləri bazarının daha da böyüməsi gözlənilir.

Yeni nəsil hava və raketdən müdafiə sistemlərinin inkişafının radioelektron mübarizə vasitələri bazarının böyüməsinə təkan verəcəyi ehtimal edilir. Bundan başqa artıq qlobal PUA bazarının çox sürətlə böyüməsi də REM vasitələri bazarına ciddi təsir göstərəcək.

Bazarın əsas oyunçuları “Elbit Systems”, “Israel Aerospace Industries”, “Lockheed Martin”, “Boeing”, “Saab”, “Thales”, “Textron”, “BAE Systems”, “Raytheon” və digər şirkətlərdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qlobal   REM-vasitələri  


Bizi "telegram"da izləyin