Ukrayna “Grippen” və ya F-15 döyüş təyyarələri almağı planlaşdırır

2021/03/Gripe-1615613924.jpg
Oxunub: 12861     14:26     13 Mart 2021    
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) İsveçdən 4 ++ nəsil JAS-39 “Gripen” və ya ABŞ-dan F-15 döyüş təyyarəsi tədarük etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Sergey Drozdov “HHQ-nin 2035 Vizyonu” adlı təqdimatı zamanı məlumat verib.

O qeyd edib ki, yaxın gələcəkdə tərəfdaşlarla əlaqələrini inkişaf etdirdikdən sonra 5-ci nəsil qırıcı F-35 döyüş təyyarəsinə keçmək planlaşdırılır.

Drozdov yaxın on ildə hazırda HHQ-nin təyyarə parkında olan bir çox qırıcının istismardan çıxarılacağını bildirib.

Ukrayna mövcud MiQ-29 təyyarələrinin İsrailin “Elbit” şirkəti tərəfindən modernləşdirilməsini də planlaşdırır.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələri bunlardır: MiQ-29, Su-27, Su-25, Su-24, Su-24MR.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Grippen   F-15  


Ukrayna “Grippen” və ya F-15 döyüş təyyarələri almağı planlaşdırır

2021/03/Gripe-1615613924.jpg
Oxunub: 12862     14:26     13 Mart 2021    
Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) İsveçdən 4 ++ nəsil JAS-39 “Gripen” və ya ABŞ-dan F-15 döyüş təyyarəsi tədarük etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Sergey Drozdov “HHQ-nin 2035 Vizyonu” adlı təqdimatı zamanı məlumat verib.

O qeyd edib ki, yaxın gələcəkdə tərəfdaşlarla əlaqələrini inkişaf etdirdikdən sonra 5-ci nəsil qırıcı F-35 döyüş təyyarəsinə keçmək planlaşdırılır.

Drozdov yaxın on ildə hazırda HHQ-nin təyyarə parkında olan bir çox qırıcının istismardan çıxarılacağını bildirib.

Ukrayna mövcud MiQ-29 təyyarələrinin İsrailin “Elbit” şirkəti tərəfindən modernləşdirilməsini də planlaşdırır.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin arsenalında olan döyüş təyyarələri bunlardır: MiQ-29, Su-27, Su-25, Su-24, Su-24MR.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Grippen   F-15  


Bizi "telegram"da izləyin