Cənubi Koreya ABŞ-dan AH-64E “Apache” helikopterləri almağı planlaşdırır

2021/03/sfsdf-1615530140.jpg
Oxunub: 1439     13:45     13 Mart 2021    
Cənubi Koreya Ordusu, Koreya yarımadasındakı qarşıdurmalarda düşmən xətlərinə qarşı yerləşdirərək üstünlük qazanmağı təmin edəcək hücum helikopterlərinin sayını artırmağa qərar verib.

Ordu.az xəbər verir ki, bu çərçivədə Cənubi Koreya ABŞ-dan ağır sinif helikopterlər alacaq.

Qeyd olunur ki, Seul ABŞ-dan AH-64E “Apache” helikopterləri almağı planlaşdırır. Bu satınalma çərçivəsində hücum helikopterlərinin sayı 72-yə yüksələcək və helikopterlər hazırda inventarda olan AH-1S “Cobra”nı əvəz edəcək.

Cənubi Koreya Ordusu hazırda “Boeing” tərəfindən istehsal olunan 36 ədəd AH-64E “Apache” hücum helikopterinə sahibdir. Helikopterlər 2013-cü ildə 1,6 milyard dollar dəyərində olan müqavilə çərçivəsində alınıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Koreya   ABŞ  


Bizi "telegram"da izləyin