ABŞ HHQ-yə ilk F-15EX döyüş təyyarəsi təhvil verilib

2021/03/54444-1615543578.jpg
Oxunub: 1603     17:55     12 Mart 2021    
“Boeing” şirkəti ilk F-15EX döyüş təyayrəsini ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, HHQ tezliklə təyyarənin sınaqlarına başlayacaq.

F-15-in ən yeni “EX” versiyası rəqəmsal kokpit, ən yeni radioelektron mübarizə vasitələri, avioniklərlə təchiz edilib.

Növbəti təyyarənin gələn ay ABŞ HHQ-yə təhvil verilməsi planlaşdırılır.

ABŞ Hərbi Hava Qüvvələri F-15EX üçün ilk sifarişi 2020-ci ilin iyul ayında verib. 1,2 milyard dollar dəyəri olan müqavilədə ilk olaraq səkkiz təyyarənin təhvil verilməsi nəzərdə tutulub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HHQ  


Bizi "telegram"da izləyin