Ermənistan artıq sökülmüş, hissələrə ayrılmış “Boeing” təyyarəsini necə geri qaytaracaq?

2020/04/18498-1586246906.jpg
Oxunub: 1556     11:36     09 Mart 2021    
Ermənistanın “Fly Armenia Airways” MMC-nin yoxa çıxan və İranda ortaya çıxmış “Boeing” təyyarəsi ilə bağlı söz-söhbətlər səngimir.

Mövzu ilə bağlı gözlənilməz inkişaf prosesləri baş verir. İndi də mövzunu bağlamaq niyyəti ilə Ermənistan Dövlət Mülki Aviasiya Komitəsinin (DMA) sədri Tatevik Revazyan ABŞ xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinir. Dövlət Mülki Aviasiya Komitəsindən (DMA) daha bir cavab reaksiyası qaçılmaz idi.

“Komitənin müvafiq nümayəndələri hazırda təyyarənin Ermənistana gətirilməsi ilə bağlı məsələləri müzakirə etmək və gələcək tədbirləri təşkil etmək üçün İran İslam Respublikasındadır. Həmçinin aviaşirkətin pilot-texniki heyəti təyyarənin texniki vəziyyətini öyrənmək və daha sonrakı uçuş imkanlarını qiymətləndirmək üçün İran İslam Respublikasındadır. Ermənistan və İran tərəfinin aviasiya mütəxəssisləri ilə sıx əməkdaşlıq və müzakirələr nəticəsində təyyarənin Tehrandan İrəvana aparılması üçün ilkin razılıq əldə edilib.

Eyni zamanda, Tehrandakı aviaşirkətin müvafiq texniki mütəxəssisləri tərəfindən təyyarənin texniki nasazlıqlarının olduğunun müəyyənləşdirildiyini bildiririk. Müvafiq bir risk qiymətləndirməsi apardıqdan sonra mütəxəssislər uçuşa icazə verilməsi barədə öz mövqelərini təqdim etməlidirlər”, - deyə DMA-dan verilən açıqlamada deyilir.

Məsələnin həlli üçün diplomatik kanallardan fəal şəkildə istifadə edildiyini, xüsusən də Ermənistanın İran İslam Respublikasındakı səfirliyinin əməkdaşlarının lazımi görüş və müzakirələrin təşkilinə, keçirilməsinə fəal şəkildə yardım göstərdiklərini də əlavə etmişdilər.

Yalnız rəsmi açıqlamaları izləməyə və dezinformasiya yaymaqdan çəkinməyə çağırış etmişdilər.

Ermənistan DMA dezinformasiya ilə mübarizə aparacaq məhkəmə orqanlarının olduğunu, Amerika istehsalı “Boeing” təyyarəsinin isə daha təhlükəsiz şəkildə satılması üçün artıq söküldüyünü, hissələrə bölündüyünü açıqlamaq istəmir.

“168.am” nəşrinin məlumatına görə, artıq mühərrikləri belə çıxardıblar. Maraqlıdır, DMA təyyarəni Ermənistana necə aparacaq, yedəyə qoşacaqlar, yoxsa mühərrikləri İrana aparacaqlar?

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran   Paşinyan  


Bizi "telegram"da izləyin