Türkiyə S-400 HHM sisteminə görə ABŞ-a xəbərdarlıq edib

2021/02/resiz-1614269319.jpg
Oxunub: 959     13:40     08 Mart 2021    
“Başqa bir ölkə bizə maksimalist mövqe və tələblər irəli sürə bilməz, bizə heç kim “ya biz deyən olmalı, ya da heç nə” deyə tələb edə bilməz, belə münasibət bizi başqa istiqamətə yönəldər”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Rusiya istehsalı olan “S-400” əldə etdiyi üçün ABŞ-ın Türkiyəyə təzyiqlərinin əks-nəticəsi də ola bilər.

“ABŞ tərəfi Türkiyənin milli təhlükəsizlik maraqlarını anlamalıdır. Müttəfiqlərimizin konkret fəaliyyətini görmək istəyirik”, - deyə Kalın bildirib.

Qeyd edək ki, Türkiyə Rusiyadan S-400 HHM sistemini 2017-ci ildə alıb. ABŞ və NATO-dakı bəzi dövlətlər hesab edir ki, Türkiyə bununla Alyansın təhlükəsizliyini təhdid edir. Pentaqon Rusiyanın S-400 müdafiə raketlərinin NATO müttəfiqləri ilə əlaqəli kəşfiyyat məlumatları toplamasına kömək edə biləcəyini söyləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   ABŞ  

Türkiyə S-400 HHM sisteminə görə ABŞ-a xəbərdarlıq edib

2021/02/resiz-1614269319.jpg
Oxunub: 960     13:40     08 Mart 2021    