Ordu.az xəbər verir ki, Yunanıstanın “Intracom Defence” şirkəti tərəfindən inkişaf etdirilən “Lotus” taktiki PUA layihəsi sərhəd nəzarəti və bəzi əhəmiyyətli hədəflərin və təhdidlərin aşkarlanması kimi tapşırıqları yerinə yetirmək üçün dizayn edilib.
Layihə çərçivəsində “Intracom Defence” ilə Avropa Komissiyası arasında 9,7 milyon avroluq bir müqavilə imzalanıb. “Lotus” taktiki PUA layihəsi 2020-ci ilin iyul ayında Avropa Müdafiə Sənayesi İnkişaf Proqramı (EDIDP) tərəfindən təsdiqlənib.
“Lotus” kəşfiyyat, nəzarət və müşahidə sensorları və düşmən təhdidlərinə qarşı özünümüdafiə sistemi daşıyır.
Sevinc Əliyeva
Ordu.az