Ordu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.
Belə ki, martın 7-si gecə saat 5 radələrində DİN-in polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Füzuli rayonunun işğaldan azad olunan kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən 2 avtomobildə olan 4 nəfər saxlanılıb və aidiyyəti üzrə Füzuli Rayon Polis Şöbəsinə gətiriliblər.
Araşdırmalarla onların Beyləqan rayonunun 1-ci Şahsevən kənd sakinləri S.Teymurlu, H.Şirinov, C.Əşrəfli və F.Əbilov olmaları müəyyən edilib.
Aşkar edilən həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə qanunamüvafiq tədbirlər görülüb.
Ordu.az