Sərhədin Qazax istiqamətində nə baş verir? – ƏTRAFLI

2020/12/5667-1608793056.jpg
Oxunub: 9120     11:56     08 Mart 2021    
Ermənistanın Tavuş vilayətinin Azatamut icmasının rəhbəri Artur Beqinyan qeyd edib ki, rus sülhməramlılar Tavuş vilayətinə səfər ediblər, bu barədə ona hərbçilər bildiriblər, lakin hansı məqsədlə gəldiklərini heç kim bilmir.

“Mən şəxsən görməmişəm, ancaq hərbçilər rusların gəldiklərini mənə bildiriblər, lakin azərbaycanlılar gəlməyiblər, bayraqlar qoymayıblar, bənzər şey yoxdur. Biz rusların nə üçün gəldiklərini bilmirik, biri deyir hərbi hissəyə gəliblər, biri deyir gəliblər və sərhədə tərəf gediblər, müxtəlif söz-söhbətlər var, amma rəsmi heç bir şey yoxdur. Deyirlər rus sülhməramlılar Noyemberyan tərəfə gediblər, bir neçə pikapda olublar”, - deyə o qeyd edib.

Beqinyanın sözlərinə görə, demarkasiya prosesləri baş vermir.

Ermənistanın keçmiş Baş naziri Hrant Baqratyan “Facebook” səhifəsində yazıb ki, azərbaycanlı əsgərlər Tavuş vilayətinin Azatamut icmasında, keçmiş Bərxudarlı yaxınlığında ölçmələr edirlər.

“Artıq yaxınlaşıb soydaşlarımıza yaxınlaşıb deyiblər: tövlələrinizi və evlərinizi çaydan o tərəfə aparacaqsınız. Xatırladıram ki, Ermənistan-Azərbaycan sərhədinin bu hissəsində heç bir müharibə olmayıb. O, əvvəlki kimidir. Bərxudarlı anklavı problemi var”, - deyə o bildirib.

Paşinyanın hakimiyyəti dövründə “Azatamut” icmasının rəhbəri təyin edilmiş Artur Beqinyan Baqratyanın bəyanatına toxunaraq bildirib ki, müxtəlif yerlərdən ona zəng ediblər, lakim bənzər şey yoxdur.

“Lakin ruslar ərazidə olublar. Bu, dəqiqdir. Lakin hansı məqsədlə, hansı missiya ilə, bunu deyə bilmərəm. Yəni ərazidə deyilən odur ki, gəliblər, keçiblər, Şəmşəddinə gediblər”, - deyə Beqinyan qeyd edib.

Onun sözlərinə görə, söz-söhbətlər var ki, azərbaycanlılar gəliblər, bayraq yerləşdiriblər.

“Razm.info” nəşri isə diqqəti cənuba yönəldərək yazır ki, “Facebook”un Azərbaycan qruplarında video yayılıb: “Orada görünür ki, Azərbaycan dilində danışanlar necə Qafandan, şəhərin yaxınlığından keçirlər və ətrafdakı hər şeyi videoya çəkirlər. Videonun sonunda görünür ki, azərbaycanlılar hərbi geyimdədirlər. Onların danışığından məlum olur ki, bu “səfər” kəşfiyyat xarakterlidir”.

Sayt yazır ki, ən əvvəldə danışanlardan biri deyir: “Şəhərə daxil olaq, çəkiliş edək, əlimizdə məlumat olsun ki, nə var nə yox”.

Qeyd olunur ki, bütün video ərzində çəkilişi edən kadrlarda nə göründüyünü, mobil əlaqə antenasını, binaları, rus silahlı qüvvələrinin yerləşmə yerini və s. təsvir edir.

Ermənistan Müdafiə Nazirliyi Tavuş vilayətinin bir neçə kəndi ərazisində rus sülhməramlılar və aəzrbaycanlılar tərəfindən sərhəd boyunca ölçmələr etmək barədə xəbərlərə toxunub.

“Tavuş vilayətinim bir neçə kəndi ərazisində artıq iki gündür təxminən 500 rus sülhməramlı və azərbaycanlının sərhəd boyunca ölçmələr etməsi ilə bağlı sosial şəbəkələr və müxtəlif KİV-lər ilə yayılan məlumat tamamilə udurmadır və reallığa uyğun gəlmir”, - deyə məlumatda qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Sərhəd   Böhran  

Sərhədin Qazax istiqamətində nə baş verir? – ƏTRAFLI

2020/12/5667-1608793056.jpg
Oxunub: 9121     11:56     08 Mart 2021    