Ermənistan Baş Qərargah rəisi hansı addımı atacaq?

2021/01/45-1611041888.jpg
Oxunub: 4434     14:41     08 Mart 2021    
Onik Qasparyanın Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsində çalışması məsələsi həll mərhələsinə qədəm qoyur. Ötən günə olan vəziyyətə görə, Armen Sarkisyan Nikol Paşinyanın qərarının əsasını təşkil edən məlum qanunun konstitusiyaya uyğunluğu ilə bağlı müraciət edəcəyini bildirsə də, Konstitusiya Məhkəməsinə iddia qaldırmayıb. Bu da Onik Qasparyanın vəzifəsindən azad edilməsi əmrinin qanuni yolla həyata keçiriləcəyi deməkdir. Bəzi konstitusiya ekspertlərinə görə, Armen Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciət etmə hüququnun 3 günlük müddəti, martın 4-də başa çatıb.

Bundan sonra Ermənistan prezidenti Konstitusiya Məhkəməsinə müraciət etsə də, Konstitusiya Məhkəməsi 3 günlük müddət təyin edən və daha yüksək hüquqi qüvvəyə malik olan Konstitusiya Məhkəməsi haqqında Qanuna əsasən iddianı icraata qəbul etməyə bilər. Bəzi hüquqşünaslar və konstitusiya ekspertləri isə prezidentin üç gün deyil, beş gün vaxtı olduğunu və 9 mart tarixinədək müraciət edə biləcəyini iddia edirlər. Bu fikirdə olanlar arasında Ermənistan Vəkillər Palatasının sədri Ara Zohrabyan da var.

Bu hesablamaya görə, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin tutduğu vəzifəsindən azad olunması ilə bağlı fərman layihəsi ilə təqdimat, prezident tərəfindən 27 fevral 2021-ci ildə Paşinyana geri qaytarılmayıb.

Paşinyan beş gün müddətində prezidentin etirazını qəbul etmirsə, o halda 5 günlük müddət başa çatdıqdan sonra 3 gün müddətində prezident fərmanı imzalayır və ya Konstitusiya Məhkəməsinə müraciət edir. (Hərbi Xidmət və Hərbi qulluqçunun statusu haqqında Qanunun 35.1-ci maddəsi, 3-cü hissə)

Ermənistanın “Normativ Hüquqi Aktlar haqqında” Qanununun 31-ci maddəsinin 2-ci hissəsi və 32-ci maddəsinin 4-cü hissəsi üzrə nəzərdə tutulmuş müddətlərin hesablanması qaydalarına görə, Ermənistan Prezidenti tərəfindən Konstitusiya Məhkəməsinə müraciət etməsi üçün son tarix 9 mart 2021-ci ildir.

Hesablama aparsaq 27 fevral 2021-ci ilin ertəsi gündən etibarən 5-ci günü, 4 mart 2021-ci ildir, bundan sonra 3 gün müddəti qeyri-iş günü hesab olunan (bazar günü) 7 mart 2021-ci il tarixi sayılır, bu səbəbdən son gün olaraq növbəti iş günü hesab edilməlidir. 08 mart 2021-ci il tarixinin yenidən qeyri-iş günü olduğunu nəzərə alaraq, son gün 09 mart 2021-ci il sayılır.

Ermənistan Prezidenti Konstitusiya Məhkəməsinə müraciət etmədiyi təqdirdə, akt 10 mart 2021-ci ildən etibarən qanuna əsasən qəbul ediilmiş hesab ediləcək.

Armen Sarkisyanın belə bir hiyləyə əl atmağı qərara aldığı istisna edilmir, məsləhətçilərinin də beş günlük müddət barədə hesabat verdiyini bəyan edəcək, nəticədə nə şiş, nə də kababın yanmayacağı ortaya çıxacaq. Nikol Paşinyan məqsədinə çatacaq, müxalifətə isə “mən öz addımımı atdım, Konstitusiya Məhkəməsi icraatı qəbul etmədi” deyə iradlara cavab verəcək.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qasparyan   Böhran  

Ermənistan Baş Qərargah rəisi hansı addımı atacaq?

2021/01/45-1611041888.jpg
Oxunub: 4435     14:41     08 Mart 2021    