Cənubi Qafqazda 3+3 formatı hansı perspektiv vəd edir?

2021/03/8974b-1615029225.jpg
Oxunub: 1296     13:31     08 Mart 2021    
Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Türkiyəyə səfərindən sonra bildirdi ki, Gürcüstan ərazilərini öz nəzarəti altında saxladığı müddət boyunca Gürcüstan Rusiya ilə formatda iştirak etməyəcək.

Danışıqlardan sonra Türkiyənin Xarici İşlər naziri Çavuşoğlu da öz növbəsində Türkiyənin “Gürcüstanın bu məsələyə ehtiyatlı yanaşmasına” hörmət etdiyini və başa düşdüyünü qeyd etdi.

“Mürəkkəb şərait olduğu halda Abxaziya və Cənubi Osetiyanı nəzərdə tuturam, ikitərəfli danışıqlara (Rusiya ilə) başlamaq çətindir, lakin çoxtərəfli formatda daha asan olardı”, - deyə Türkiyə Xarici İşlər naziri bildirdi.

Zalkaliani bildirib ki, bu formatda əməkdaşlıq, iştirakçı ölkələrin beynəlxalq hüququn təməl prinsiplərinə, o cümlədən ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınmasına hörmət göstərmələri deməkdir.

O qeyd edib ki, Gürcüstan Tbilisi, Bakı və Ankara arasındakı əməkdaşlığı uğurlu sayır.

“Bu format artıq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, Bakı-Tbilisi-Qars layihələrində öz əksini tapmaqla cəlbediciliyini sübut edib”, - deyə Gürcüstan rəsmisi bildirib.

Müharibədən sonrakı nizamlama dövründə problemlər yaranır. Bunun əlamətləri ilk növbədə kommunikasiya məsələsində görünməyə başlamışdı. İran Ermənistan-İran sərhədini keçərək Azərbaycanı Naxçıvan və Türkiyəyə birləşdirəcək dəhlizin açılmasından məmnun deyil. İran, Rəşt-Astara dəmir yolunun tikintisini başa çatdırmaq üçün Rusiya ilə məsləhətləşmələrə başlayıb. Bu layihə İranı Azərbaycan və Rusiya ilə birləşdirə bilər.

Gürcüstan da öz növbəsində Abxaziyanın “Ermənistan və Rusiya arasında əlaqəni” təmin etmək üçün dəmir yolunu açmağa hazır olduğu barədə qondarma abxaz “lider”in açıqlamasına cavab verməyib. Gürcüstan Yuxarı Larsda hava şəraitindən asılılığı azaldacaq bir tunel tikməyə başlayıb.

Ermənistan bir tərəfdən kommunikasiyaların açılmasının bütün bölgə üçün faydalı olduğunu, digər tərəfdən bütün kommunikasiyaların açılmalı olduğunu söyləyir. Söhbət ilk öncə Türkiyə-Ermənistan sərhədində Qars-Gümrü dəmir yolunun açılmasından gedir. Bundan əlavə, Ermənistan Qazax-Tavuş yolu ilə Azərbaycan-Naxçıvan əlaqəsini qurmağı təklif edir.

Bu günlərdə Moskvada baş nazir müavinləri səviyyəsində Ermənistan-Rusiya-Azərbaycan üçtərəfli görüşü baş tutub. Bu dəfə görüşün nəticələri barədə məlumat verilməyib.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Gürcüstan   Böhran  

Cənubi Qafqazda 3+3 formatı hansı perspektiv vəd edir?

2021/03/8974b-1615029225.jpg
Oxunub: 1297     13:31     08 Mart 2021    