Sünik vilayətinin rəisi: “Azərbaycanlılar yeni müşahidə məntəqəsi qoymuşdular, yanında da traktor var idi”

2020/12/433-1609233300.jpg
Oxunub: 1660     13:15     08 Mart 2021    
“Məhz yenicə qafanlı dostumdan azərbaycanlıların (silahlı) Nor Aracadzor (Çayzam) körpüsünün yanında olduqları ilə bağlı xəbər aldım. Nor Aracadzorun Kaşunik çayının üzərində qurulmuş su anbarından Davit-Bek kəndinə gedən su kəmərini sökürlər. Beləliklə Qafan-Gorus yolu nəhayət rəqibə keçir”.

Ordu.az xəbər verir ki, bunu “Facebook”da erməni istifadəçi Tatul Harutyunyan yazıb.

Erməni jurnalistlər məlumatı dəqiqləşdirmək məqsədilə Ermənistanın Sünik vilayətinin rəisi Melikset Poğosyanla əlaqə saxlayıb.

“Dünən mən Qafandan Gorusa gəldiyimdə Aracadzorun bu yol hissəsində 100 metr aşağıda onlar bir dənə müşahidə məntəqəsi qoymuşdular, bir dənə də traktor yanında dayanmışdı, mən bu qədərini görmüşəm, orada baş şey yoxdur”, - deyə vilayət rəisi bildirib.

Poğosyan qeyd edib ki, su kəmərinin sökülməsi düzgün deyil.

“Sökmürlər, traktor dayanmışdı, nə görmüşəmsə, onu deyirəm. Ola bilər bu traktor söküb, onlar özlərinin o müşahidə məntəqəsini qoyublar. Cəmi 4 ədəd çadır qoyurlar, onlar 10-12 nəfərdirlər, post qoyurlar”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Sünik   Böhran  

Sünik vilayətinin rəisi: “Azərbaycanlılar yeni müşahidə məntəqəsi qoymuşdular, yanında da traktor var idi”

2020/12/433-1609233300.jpg
Oxunub: 1661     13:15     08 Mart 2021    