Qərb dünyası və Ermənistanda artan siyasi xaos

2021/03/dsasd-1615189186.jpg
Oxunub: 1594     17:52     08 Mart 2021    
Etiraz aksiyaları Nikol Paşinyanın Ermənistanın Baş naziri olmasına imkan verdi. O vaxt o, Avropa və ABŞ-dan sürətli dəstək ala bildi.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın “AgoraVox” nəşri yazıb.

Qəribədir ki, bu gün bu cür etiraz aksiyaları onun istefasına səbəb ola bilər. Ancaq ABŞ və Aİ artıq respublikadakı vəziyyəti sabitləşdirmək iqtidarında deyil.

Müəllif ABŞ-ın Ermənistan və Gürcüstanla bağlı mövqeyini müqayisə edir.

İllər ərzində yürüdülmüş nəticəsiz siyasət, müxalifətin təzyiqləri və mübahisəli islahatlar Nikol Paşinyanın reytinqinin yüksəlməsinə heç bir şəkildə töhfə verməyib.

Bu gün getdikcə daha çox ermənilər onun istefasını tələb edirlər, lakin Baş nazir inadla hakimiyyətdən yapışır, ölkəni xaotik uçuruma aparır.

Böhranın səbəbi Dağlıq Qarabağ münaqişəsi, daha doğrusu onun nəticələri idi. Azərbaycan və Ermənistan arasında yeni silahlı qarşıdurma çoxdan gözlənilirdi, ancaq yalnız Ermənistan səlahiyyətliləri buna hazır deyildilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Fransa   Ermənistan   Qarabağ  

Qərb dünyası və Ermənistanda artan siyasi xaos

2021/03/dsasd-1615189186.jpg
Oxunub: 1595     17:52     08 Mart 2021    