Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq Armen Badalyan deyib.
Onun sözlərinə görə, Ermənistanda mürəkkəb, anormal, kritik vəziyyət yaranıb.
Badalyan bildirib ki, Ermənistan Baş naziri Ermənistan Silahlı Qüvvələrinə nəzarət etmir, Ermənistan Silahlı Qüvvələri də Ermənistan Baş nazirinin istefasını tələb edir.
“Müharibə zamanı Silahlı Qüvvələrin ali baş komandanının anormal münasibətlərdə olması normal deyil. Belə uzun davam edə bilməz”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az