Ordu.az-ın məlumatına görə, adının açıqlanmamasını xahiş edən itkin düşmüş erməni hərbi qulluqçulardan birinin anası bildirib ki, onların övladlarının ölümünə görə cavabdeh Andranik Makaryandır, lakin nədənsə sanki Makaryan Ermənistan Baş Qərargah rəisi vəzifəsinə təyin olunacaq.
“Adam necə olduğunu anlamır. Adam səhvən uşaqları aparır və qurban verir, lakin Baş Qərargah rəisi vəzifəsinə təyin olunur”, - deyə o qeyd edib.
Erməni mətbuatı yazır ki, Ermənistan İstintaq Komitəsində araşdırılan cinayət işi çərçivəsində Ermənistan Silahlı Qüvvələrinin Baş Hazırlıq İdarəsinin rəisi-Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryanı təqsirkar kimi cəlb etmək barədə qərar qəbul olunub.
Alpər Mövludoğlu
Ordu.az