Ukrayna HDQ üçün istehsal edilən yeni “Bayraktar TB2” PUA-ları nümayiş olunub

2021/03/bac60-6460751248.jpg
Oxunub: 972     11:55     08 Mart 2021    
Ukrayna Müdafiə nazirinin müavini Aleksandr Myronyuk, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Komandanı kontr-admiral Aleksiy Neijpapa və digər rəsmilər İstanbulda “Baykar” şirkətinin istehsal müəssisəsini ziyarət edib.

Ordu.az xəbər verir ki, Ukrayna rəsmiləri ölkənin Hərbi Dəniz Qüvvələri üçün istehsal edilən “Bayraktar TB2” zərbə PUA-larının istehsal prosesi ilə tanış olublar.

Şirkət rəsmiləri qonaqlara PUA-ların istehsalı barədə məlumat verib.

Qeyd edək ki, Ukrayna 2019-cu ildə Türkiyədən 6 ədəd “Bayraktar TB2” zərbə PUA-ları almışdı. Artıq PUA-ların hamısı Ukrayna ordusuna təhvil verilib.

Ötən il Ukrayna Hərbi Dəniz Qüvvələri üçün də Bayraktar TB2” zərbə PUA-larının alınması barədə müqavilə imzalanıb. PUA-ların tezliklə tədarükü başlayacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   TB-2  

Ukrayna HDQ üçün istehsal edilən yeni “Bayraktar TB2” PUA-ları nümayiş olunub

2021/03/bac60-6460751248.jpg
Oxunub: 973     11:55     08 Mart 2021    