ABŞ və Cənubi Koreya müdafiə xərclərinin bölüşdürülməsinə razılığa gəldilər – ƏTRAFLI

2021/03/uss-1615187751.jpg
Oxunub: 897     12:43     08 Mart 2021    
ABŞ və Cənubi Koreya amerikalı hərbi qulluqçuların Koreya yarımadasında saxlanılması xərclərinin bölüşdürülməsi barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, tezliklə ölkələr arasında müqavilə imzalanacaq.

2019-cu ilin fevralında bir il müddətində əldə edilən son razılaşmaya əsasən, Cənubi Koreya əvvəlki razılaşmadan 8.2% artıq, 921,5 milyon dollar vəsait ödəməyə razı olub.

İndi tərəflər arasında imzalanan 6 illik müqavilədə Cənubi Koreyanın nisbətən daha çox vəsait ödəməsi nəzərdə tutulub.

Keçmiş ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın təxminən 13% daha çox ödəmə təklifini rədd edərək 5 milyard dollar, beş qat artım tələb etmişdi. Buna görə müqavilə imzalana bilməmişdi və Cənubi Koreyadakı ABŞ bazalarında koreyalı mülki işçilər məzuniyyətə göndərilmişdi. Baydenin hakimiyyətə gəlməsindən sonra razılaşmaya olan ümidlər artdı.

ABŞ Cənubi Koreyada Yaponiya və Almaniyadan sonra ölkəsindən kənarda üçüncü ən böyük hərbi kontingenti saxlayır. Məumata görə, Cənubi Koreyada təxminən 28.500 Amerika əsgəri var. ABŞ bu ölkədə 90-a yaxın döyüş təyyarəsi, 40 hücum helikopteri, 50 tank və 60-a yaxın “Patriot” sistemləri saxlayır.

Qeyd edək ki, 1950-1953-cü illərdəki Koreya müharibəsinin sonunda ABŞ və Cənubi Koreya qarşılıqlı müdafiə müqaviləsi imzalayıb və iki ölkənin kollektiv özünümüdafiə mövzusunda razılaşıblar. Müqavilə ABŞ silahlı qüvvələrinin Cənubi Koreyada yerləşməsinə zəmin yaradıb.

1966-cı ildə iki ölkə Cənubi Koreyada yerləşən ABŞ personalının idarə olunması və qorunması qaydalarını müəyyənləşdirən saziş imzalanıb.

Sazişin V Maddəsində deyilir ki, ABŞ hərbçilərinin saxlanması üçün bütün xərcləri Birləşmiş Ştatlar daşıyacaq, ancaq Cənubi Koreya da ABŞ qoşunlarının saxlanılması üçün töfhə verməlidir.

Cənubi Koreyanın verdiyi töhfəni təyin etmək üçün iki ölkə 1991-ci ildən etibarən xüsusi tədbirlər haqqında saziş imzalayıb. Saziş 10 dəfə yenilənib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Koreya  

ABŞ və Cənubi Koreya müdafiə xərclərinin bölüşdürülməsinə razılığa gəldilər – ƏTRAFLI

2021/03/uss-1615187751.jpg
Oxunub: 898     12:43     08 Mart 2021    