Cənubi Koreya və ABŞ bu həftə birgə hərbi təlimlər keçirəcək

2021/03/korey-1615187649.jpg
Oxunub: 895     15:11     08 Mart 2021    
Cənubi Koreya və Amerika Birləşmiş Ştatları bu həftə bahar hərbi təlimlərini keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri məlumat yayıb.

Bildirilir ki, birgə təlimlər koronavirus pandemiyası səbəbindən həmişəkindən daha kiçik olacaq.

Təlimlərin 9 gün davam edəcəyi qeyd olunub. Cənubi Koreya və Amerika Birləşmiş Ştatları təlimin müdafiə xarakterli olduğunu bildirib.

“Yonhap” xəbər agentliyi bildirir ki, təlimlər il boyu həyata keçirilən açıq manevrləri əhatə etməyəcək və pandemiya səbəbindən qoşun və texnika sayı minimuma enəcək.

Təlimlər Şimali Koreya tərəfindən yaxından izlənilir. Pxenyan təlimləri “müharibə üçün məşq” adlandırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya   ABŞ  

Cənubi Koreya və ABŞ bu həftə birgə hərbi təlimlər keçirəcək

2021/03/korey-1615187649.jpg
Oxunub: 896     15:11     08 Mart 2021    