Türkiyə ümumi dəyəri 3 milyard dolları keçən 130-dan çox dəniz platforması ixrac edib

2021/03/Türk-1615186997.jpg
Oxunub: 3153     14:12     08 Mart 2021    
“Bu il yerli və milli silah sistemlərimizi daha güclü, daha əhatəli, daha mütəşəkkil bir təlimdə sınaqdan keçiririk”.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin “Mavi Vətən-2021” təlimlərinə videokonfransla qoşulan prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Türkiyə PUA sahəsində dünyanın ən yaxşı 3-4 ölkəsindən biridir.

“Müdafiə ixracatımız 248 milyon dollardan 3 milyard dollara yüksəldi. Öz hərbi gəmisini dizayn edə, inşa edə və saxlaya bilən 10 ölkə arasındayıq. İndiyə qədər gəmiqayırma zavodlarında istehsal olunan dəyəri 3 milyard dolları keçən 130-dan çox dəniz platforması ixrac etdik. 4 il əvvəl dünyanın ən yaxşı 100 müdafiə şirkəti siyahısında yalnız 2 şirkət var idi, bu gün eyni siyahıda 7 şirkət var”, - deyə Ərdoğan bildirib.

Ərdoğan “Anadolu” amfibiya tipli hücum gəmisinin bu il təhvil veriləcəyini qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   Mavi-Vətən  

Türkiyə ümumi dəyəri 3 milyard dolları keçən 130-dan çox dəniz platforması ixrac edib

2021/03/Türk-1615186997.jpg
Oxunub: 3154     14:12     08 Mart 2021    