Ordu.az xəbər verir ki, Baydenin komandası Çinin bu mikrosxemləri “hərbi məqsədlər daxil olmaqla ABŞ maraqlarına qarşı” istifadə etdiyini düşünür.
Xarici mətbuatda ABŞ-ın bu qərarı “mikrosxem müharibəsi” adlandırılıb.
Ekspertlər qeyd edir ki, qərar Çin iqtisadiyyatının və hərbi sənayesinin böyüməsini ləngidə biləcək və ciddi layihələrin icrasında problemlər yaradacaq. Qeyd olunur ki, Çinin özünün bu sxemləri istehsal etməsi qısa zamanda mümün deyil.
Çinin Uhan şəhərində ümumi dəyəri 18.5 milyard dolar olan mikrosxem istehsal müəssisəsinin texniki problemlər səbəbindən hələ istifadəyə verilmədiyi vurğulanır.
Sevinc Əliyeva
Ordu.az