Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, bu il ilk birgə Rusiya-Belarus taktiki təlimləri sülhməramlılığa həsr ediləcək. Təlim martın 9-dan 20-dək Ulyanovsk bölgəsindəki Polivno poliqonunda keçiriləcək.
Təlimlərə 400-dən çox Rusiya, 80-dən çox Belarus hərbi qulluqçusu və 100-ə yaxın hərbi və xüsusi texnika cəlb ediləcək.
Paralel olaraq, martın 15-dən 27-dək Minsk bölgəsindəki Osipovski poliqonunda taktiki təlimlər keçiriləcək.
Sevinc Əliyeva
Ordu.az