Azərbaycan Ordusunun 9 000-ə yaxın hərbi qulluqçusu peyvənd olunub

2021/03/11322-1615107090.jpg
Oxunub: 1362     12:46     07 Mart 2021    
Azərbaycan Ordusunda 9.000-ə yaxın hərbi qulluqçu COVID-19 qarşı peyvənd olunub.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Ordusunda şəxsi heyətin COVID-19-a qarşı vaksinasiya olunması barədə sorğuya cavab olaraq Müdafiə Nazirliyindən bildiriblər.

"Pandemiya dövründə Azərbaycan Ordusunda şəxsi heyətin sağlamlığını qorumaq və COVID-19-a qarşı təhlükəsizliyi tam təmin etmək məqsədilə Müdafiə nazirinin əmrinə əsasən müvafiq tədbirlər həyata keçirilir.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi hərbi hissələrdə keçirilən profilaktik tədbirləri daim nəzarətdə saxlayır.

Hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə fevralın 16-dan vaksinasiya prosesinə başlanılıb.

Bakı qarnizonunda yerləşən hərbi hissələrin şəxsi heyətinin vaksinasiyası Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin hərbi qulluqçularının vaksinasiyası isə müvafiq hərbi tibb müəssisələrində aparılır.

Bu günədək doqquz minə yaxın hərbi qulluqçu COVID-19-a qarşı peyvənd olunub", - deyə nazirlikdə qeyd edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Azərbaycan Ordusunun 9 000-ə yaxın hərbi qulluqçusu peyvənd olunub

2021/03/11322-1615107090.jpg
Oxunub: 1363     12:46     07 Mart 2021    