Ermənistanda rəsmi İrəvanın "Zəngəzur dəhlizi" ilə bağlı açıqlamasını biabırçı cavab hesab edirlər

2020/06/44-1592036113.jpg
Oxunub: 3210     21:11     06 Mart 2021    
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Azərbaycanı Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək nəqliyyat dəhlizinin inşası nəzərdə tutulur.

Bununla əlaqədar olaraq Prezident İqtisadi Əməkdaşlıq Təşkilatının video konfransında üzv dövlətləri layihəyə qoşulmağa çağırıb.

“Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik”, - deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycan, İran, Türkiyə, Əfqanıstan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandır.

“Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir”, - deyə İlham Əliyev qeyd edib və əlavə edib ki, Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.

Erməni mətbuatında dərc olunan məqalədə qeyd olunur ki, İlham Əliyev Paşinyan hakimiyyətinin fəaliyyətsizliyini görərək, hətta Ermənistana hansı halda Türkiyə-Azərbaycan layihələrindən, nəqliyyat marşrutlarının imkanlarından istifadə edə biləcəyini göstərir.

“İlham Əliyev ikinci Qarabağ müharibəsinin bitdiyini, Qarabağ münaqişəsinin keçmişdə qaldığını xatırlatmağı da unutmur. Amma Azərbaycan niyə silahlanmağa və Türkiyə ilə hərbi təlimlər keçirməyə davam edir, əlbəttə ki, heç kim Azərbaycandan bu suallara cavab verməsini tələb etmir.

Bir neçə aydır ki, beynəlxalq ictimaiyyət Azərbaycan hakimiyyətinin bu bəyanatlarına niyə cavab vermədiyi bizi narahat edir. Ancaq səmimi deyək, bu bəyanatların ilk ünvanı olan Ermənistandır, cavab verir?

Cavab verildikdə isə, bu addım ya Xarici İşlər Nazirliyinin sözçüsü və ya ən yaxşı halda Xarici İşlər Naziri səviyyəsində edilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi bu gün İlham Əliyevin açıqlamalarına cavab verir, lakin...

İlham Əliyevin “yeni dəhliz Azərbaycanın tarixi ərazisi Zəngəzurdan keçəcək”, deyə digər şərhlərinə gəlincə, sanki Ermənistan Xarici İşlər Nazirliyi üçün bu sahədə hər şey normaldır...

Və budur son. Bu qədər. Rəsmi İrəvan, Nikol Paşinyanın, Ara Ayvazyan və Vağarşak Harutyunyanın siyasi qiymətləndirməsi haradadır? Ərdoğan və Əliyevə qurumların mətbuat katibləri nə qədər cavab verəcəklər?”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanda rəsmi İrəvanın "Zəngəzur dəhlizi" ilə bağlı açıqlamasını biabırçı cavab hesab edirlər

2020/06/44-1592036113.jpg
Oxunub: 3211     21:11     06 Mart 2021    