İranla Ermənistan arasındakı münasibətlərdə nə dəyişir?

2020/05/3333-1589785869.jpg
Oxunub: 1863     11:48     08 Mart 2021    
İranın Qum şəhərində konfrans keçirildi, bu konfransda Ermənistandan başqa Rusiya da daxil olmaqla bölgə təmsilçiləri iştirak etdi. Konfransda “Azərbaycan ərazilərinin azad edilməsi, ermənilərin təhlükəsizliyinin təmin edilməsi və beynəlxalq sərhədlərə hörmətlə yanaşılması haqqında” müddəalar səsləndirildi. Konfransda Qafqazın “İslam ərazisi” olduğu vurğulanıb. İran Xarici İşlər nazirinin müavini Abbas Araqçı Qarabağın Ermənistan tərəfindən işğal edildiyi bildirdi.

İranın Ermənistana qarşı “bitərəf” münasibətini dəyişdiyini düşünmək olarmı? Bu cür münasibət, hələ də İranın bitərəf mövqeyinə görə məhdudlaşan Ermənistanın digər ölkələrlə əməkdaşlığının fəallaşmasına səbəb olacaqmı? Bu cür dəyişikliklərin iki qaranlıq hadisə ilə bir əlaqəsi varmı?

Paşinyanın müavini Tiqran Avinyan 3 mart tarixində parlament iclasında bildirib ki, İranda peyda olan “Boeing” təyyarəsinin İrəvana qaytarılması üçün danışıqlar davam edir. Təyyarənin İrana gəlişinin müəmmalı tarixçəsinə hələ aydınlıq gətirilməyib. Estoniyadan Ukraynaya uçan təyyarə nədənsə İranın hava məkanında peyda olub və daha sonra texniki eniş edib.

Ötən gün Ermənistanın Dövlət Gəlirləri Komitəsinin qaçaqmalçılıqla mübarizə idarəsinin əməkdaşları müstəsna bir narkotik ticarəti hadisəsi aşkarlayıblar. İrəvan gömrük anbarlarından birində aparılan gömrük nəzarəti nəticəsində maya kimi bəyannamədə qeydiyyata alınmış 18600 kq yükün içərisində 33 qutu olan xüsusilə böyük bir heroin partiyası aşkarlanıb. Qablaşdırma da daxil olmaqla 365 kiloqram ağırlığında heroinin bazar dəyəri təxminən 45 milyon dollardır. Heroin, İran İslam Respublikasından maya qablaşdırması ilə Ermənistan üzərindən Qərbi Avropaya daşınmalı idi.

Xatırladaq ki, həmin gün ABŞ Dövlət Departamenti beynəlxalq narkotik tranziti ilə bağlı illik hesabat dərc etmişdi. Dövlət Departamentinin hesabatına görə, Ermənistan əsasən narkotiklərin ticarəti baxımından tranzit bir ölkədir və bu yol vasitəsilə narkotiklər Əfqanıstan və İrandan Avropa və Rusiyaya daşınır.

Məlumata görə, bu günə qədər ölkədə narkotik işi üzrə ciddi bir həbs və ya yüksək səviyyəli cinayət işi qaldırılmayıb, böyük yük axını üzrə isə nadir hallarda maneələr baş verib.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Ermənistan   Böhran  

İranla Ermənistan arasındakı münasibətlərdə nə dəyişir?

2020/05/3333-1589785869.jpg
Oxunub: 1864     11:48     08 Mart 2021    