Ermənistan və Rusiya niyə ortaq hərbi təlim keçirir?

2021/03/18027-1615016819.jpg
Oxunub: 2345     16:12     06 Mart 2021    
"Bölgədə yeni silahlı qarşıdurmaların yaranma üçün yüksək ehtimal qorunub saxlanılır. Bu fonda Ermənistan və Rusiya qoşunlarının birləşmiş qruplaşmasının rolu artıb".

Ordu.az xəbər verir ki, bunu hərbi şərhçi Aleksandr Xrolenko deyib.

O qeyd edib ki, bu qruplaşmanın əsas məqsədi bu ölkələrdən birinin üzərinə hücumun qarşısının alınması və dövlət sərhədinin müdafiəsidir.

"Martın 2-dən 4-nə qədər Ermənistan Silahlı Qüvvələri və Rusiya Silahlı Qüvvələri qoşunlarının (qüvvələrinin) birləşmiş qruplaşmasının komandiri, general-leytenant Tiqran Parvanyanın rəhbərliyi altında birgə komanda-qərargah hərbi təlimi keçirilib. Təlimdə Ermənistan və Rusiya qoşunlarının (qüvvələrinin) birləşmiş qruplaşmasının hərbi hissələri, Rusiya Silahlı Qüvvələrinin 102-ci hərbi bazası, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin administrasiyaları iştirak edib.

Qarabağ hadisələri erməni ordusunun və Ermənistanın xarici siyasətinin bir sıra həssas nöqtələrini aşakar çıxardı.

Qoşunların birləşmiş qruplaşması haqqında razılaşma üçüncü ölkələrə qarşı deyil, başqa beynəlxalq razılaşmalarla Moskva və İrəvanın üzərinə götürdüyü öhdəliklərə aid deyil", - deyə ekspert bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Böhran  

Ermənistan və Rusiya niyə ortaq hərbi təlim keçirir?

2021/03/18027-1615016819.jpg
Oxunub: 2346     16:12     06 Mart 2021    